Tarix : 2016 Mar 09
Kod 48153

Eldar Mahmudovun həbs olunmamasının sirri

MTN şefinin xaricə hansısa faktları və informasiyaları ötürdüyü üzə çıxarsa, onun həbsi bir qədər də yubana bilər.
AranNews- Keçmiş MTN şefi Eldar Mahmudovun hələ də həbs olunmaması heç də onun hansı qüvvələr tərəfindən himayə olunması, yaxud həbsinə ciddi əsas tapılmaması ilə bağlıdır. Mənbənin sözlərinə görə, Eldar Mahmudovun həbsi əsas kifayət qədərdir.
“Onun hansısa qüvvələr tərəfindən himayə olunmasına gəlincə isə belə olsaydı, Eldar Mahmudov çoxdan ölkədən çıxarılmış. O faktiki olaraq təcrid olunmuş vəziyyətdədir. Əgər o, əvvəllər qohumları ilə əlaqə saxlayıb, onların xeyir-şər məclislərindən iştirak edə bilirdisə, indi bu mümkün deyil. Hətta ona mobil rabitədən istifadə etmək belə qadağan olunub”,- deyə mənbə əlavə edib.
Mənbə bildirib ki, Eldar Mahmudovun həbs olunmaması onun və rəhbərlik etdiyi şəbəkənin xaricə hansısa informasiyaları, faktları ötürməsilə bağlı şübhələrlə əlaqəlidir: “Ehtiyat edirlər ki, Eldar Mahmudov həbs ollunacağı təqdirdə hansısa məlumatlar yayıla bilər. Bu baxımdan onu tamamilə təcrid edərək şəbəkənin xaricə hansı faktları ötürməsi ilə bağlı ciddi araşdırmalar aparılır. Istintaqa cəlb olunan MTN əməkdaşlarının dindirilməsində məhz bu məqama xüsusi diqqət yetirilir”.
Mənbənin sözlərinə görə, Eldar Mahumdovun taleyi də bu araşdırmaların yekunundan asılı olacaq: “MTN şefinin xaricə hansısa faktları və informasiyaları ötürdüyü üzə çıxarsa, onun həbsi bir qədər də yubana bilər. Lakin bu ehtimallar təsdiqini tapmazsa keçmiş MTN şefi də həbsxanaya göndəriləcək”.
  • Yazılıb
  • da (də) 2016 Mar 09
  • Göndərən مدير سايت Aran News