Avropa Şurası qitə ölkələrindəki qadın həbsxanaları ilə bağlı xüsusi hesabat yayıb.
AranNews- Azərbaycan 100 min nəfər vətəndaşa düşən məhkum sayına görə (238 nəfər) Avropada 3-cü pillədə qərarlaşıb.
Məhkum sayına görə, Rusiya 1-ci (467), Litva 2-ci (305), Gürcüstan 4-cü (227,9 nəfər), Estoniya 5-ci (225 nəfər) və Ukrayna 6-cı (204 nəfər) pillədə qərar tutub.
Avropa Şurasının məlumatına görə, Rusiya 100 min nəfərə düşən narkotiklə bağlı cinayətlərə görə də Avropa lideridir. Bu statistikada 2-ci yeri Gürcüstan, 3-cü yeri isə Azərbaycan tutur.
Avropada 100 min nəfərə düşən ortalama məhkum sayı 124, məhkumlar arasında ölüm halları isə 10 min nəfərə 28 ölüm epizodundan ibarətdir.
Rusiya Penitensiar Xidmətə ildə 6,4 milyard avro vəsait xərcləyib və bu göstəriciyə görə də liderdir.