Bu anlaşma, İlham Əliyevin İrana olan səfəri zamanı iki ölkə başçılarının əməkdaşlıqların genişləndirilməsinə olan təkidləri çərçivəsində imzalanib.
AranNews- İran İslam Respublikası və Azərbaycan Respublikasının sərhəd komandanları Bakıda 9-cu iclasın sonunda ikitərəfli sərhəd anlaşmasını imzalayıblar.
Bu sərhəd əməkdaşlıq anlaşması İran və Azərbaycan sərhəd komandanları general-mayor Qasim Rzayi və general-polkovnik Elçin Quliyev tərəfindən imzalanıb.
Anlaşmanın imzalanmasından öncə Qasim Rzayi və Elçin Quliyev görüşərək iki ölkəin sərhəd əməkdaşlıqları üzrə müştərək mehvərlər barədə danışıqlar aparıblar.
Görüşdə general-mayor Rzayi İran və Azərbaycan sərhədlərini dostluq sərhədləri adlandırıb və deyib: Təhlükəsiz sərhədlərdən biri İran və Azərbaycanın müştərk sərhədidir və təhlükəsizliyin təmin olunması iki ölkə rəsmiləri və xalqlarının tələbidir.
Qeyri-qanuni keçid, qeyri-qanuni ovlama və qaçaqmalçılığın qarşısının alınmasını önəmli adlandıran general Rzayi təklif edib ki, Bakı və Tehrandan əlavə sərhəd şəhərlərində də müştərək iclaslar keçirilsin.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev də iki öklə prezidentinin siyasi iradəsinin dostluq və konstruktiv anlaşmanın möhkəmlənməsinə səbəb olduğunu və iki ölkənin müştərək sərhədində baxışların keçirilməsinə razı olduğunu bildirib.
Elçin Quliyev terrorizmi regiondakı ciddi zərərlərdən biri adlandırıb və bu fenomenlə müştərək mübarizənin zəruriliyini vurğulayıb.
İranın Sərhəd Qoşunları komandanı və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin 9-cu iclası 2 gün müddətinə Bakıda keçirilib.