İstanbul Atatürk Havalimanına İrandan edilən səfərlərin artım nisbəti 85%-ə çatıb.
AranNews- ABŞ, Avropa İttifaqı (Aİ), BMT tərəfindən İran üzərindən embarqonun aradan qaldırılmasından sonra bu ölkədə iqtisadi canlanma müşahidə edilir.
Bununla bağlı olaraq, başda İstanbul olmaqla Türkiyənin bir çox bölgəsinə iranlı turistlər axın etməyə başlayıblar.
İstanbul-İran istiqamətində gündə 18 ucuş həyata keçirilir. Novruz bayramında adıçəkilən istiqamət üzrə artım nisbətinin 85%-dən 100%-ə qalxması ehtimal edilir. İstanbul Atatürk Havalimanına başda Tehran olmaq üzərə Şiraz, Məşhəd, Isfahan və Ahvazdan edilən səfərlərin artım nisbəti 85%-ə çatıb. İstanbul ilə İranın müxtəlif şəhərləri arasında həftədə qarşılıqlı 165 uçuş həyata keçirilir.İrandan İstanbula gələn turistlər, əsasən, şəhərin tarixi yerlərini, xüsusən Aya Sofiya məscidini ziyarət edirlər, bundan başqa Böyük ada da ziyarət edilən yerlər sırasındadır. İstanbulu ziyarət edən iranlı turistlər Novruz bayramında şəhəri yenidən ziyarət edəcəklərini qeyd ediblər.Xatırladaq ki, İran embarqo səbəbindən uzun illər idi ki, sərnişin daşınma xidmətlərinin keyfiyyətini artırmırdı. Amma ambarqonun bu ölkə üzərindən qaldırılmasından sonra, İran "Airbus"-dan 118 təyyarə sifariş verib. Bunu isə İranın bu istiqamətdə atdığı addımlardan biri kimi dəyərləndirmək olar.