Moskvada prezidentlər araında ikitərəfli ticarət-iqtisadi əlaqələr, eləcə də Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.
AranNews- Kremldə keçirilən görüşdə Vladimir Putin və Serj Sarkisyan görüş zamanı ikitərəfli əməkdaşlıq münasibətlərinə dair əsas məsələlər, iqtisadi-ticarət, enerji və humanitar sahədə əlaqələr, eləcə də Avrasiya məkanında inteqrasiya prosesi müzakirə olunub.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sərhədlərində təhlükəsizlik məsələsi də prezidentlərin müzakirə mövzusu olub.
Vladimir Putin erməni həmkarına iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etməyi təklif edib. Rusiya prezidenti iki ölkə arasındakı münasibətləri strateji tətəfdaşlıq kimi xarakterizə edib: "Bizim münasibətlər uğurla inkişaf edir. Əlbəttə ki, obyektiv xarakter daşıyan problemlər mövcuddur".
“Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Rusiyanın göstərdiyi səylərə görə sizə təşəkkür etmək istəyirəm. Biz bu münaqişənin sülh yolu ilə həll olunması qərarına sadiq olaraq qalırıq”, - deyə Sarkisyan bildirib.
Ermənistan prezidenti Serj Sarkisyan Suriya məsələsində Rusiyanın mövqeyini dəstəklədiyini bildirib.
Onun sözlərinə görə, Suriyada atəşkəsə dair əldə olunan razılaşma problemin siyasi yolla həllinin “açar”ı ola bilər.