AranNews- Türkiyə telekanallarının birində Hulki Cevizoğlu adlı aparıcının "Ceviz kabuğu" (Qoz qabığı) adlı verilişdə "Ondokuz Mayıs" universitetinin İlahiyyat fakültəsinin İslam Hüququ bölməsinin elmi üzvü professor Mehmet Okuyan sözlərində "Həzrəti Məryəmin Hz İsanı dünyaya gətirməsinin möcüzəvi bir yaradılışla olduğunu bilirik və onu açıqlamaya da imkanımız var", - deyə başlayır.
Hz. Məryəm üçün Quranda, Ali İmran və bir neçə ayələrdə Məryəm surəsində Hz. Məryəmin vücud formasının bir bitki kimi hətta doğurdan bitki belə deyil, bitki özəlliyində yaradılış olduğunu iddia edən Türkiyəli ilahiyyatçı dəlil olaraq Ali İmran surəsinin 37-ci ayəsini önə çəkir (Rəbbi onu yaxşı tərzdə qəbul etdi, onu gözəl bir bitki kimi yetişdirdi və onu Zəkəriyyaya həvalə etdi). Okuyan bitkilərdəki mayalanma xüsusiyyətlərindən danışaraq (öz-özünə mayalanma) Hz.Məryəmin vücudunda həm kişi, həm də qadın hüceyrəsinin olduğunu və Hz. Cəbrail ilə qarşılaşanda yaşadığı qorxulu bir sarsıntı ilə bərabər o mayalanmanın meydana gəldiyini izah edilə bildiyini önə çəkib.
Verilişin aparıcısı bu açıqlamadan sonra öz təəccübünü gizlətməyərək "Mən bunu ilk dəfə eşidirəm. Bu açıqlama kitablarda yazılıbmı?" deyə sual verib.
Türkiyəli ilahiyyatçı isə, ərəb qromatikasında qadın və kişi zamirləri olduğunu, Hz.Məryəmlə bağlı rəvayətlərdə hər ikisindən istifadə edildiyini qeyd edərək dəlil bildirməyib.