Tarix : 2016 Mar 11
Kod 48165

Bazarlıq etmək üçün Dərbəndə üz tutan Azərbaycanlilar

Azərbaycanlilar Novruz bayramı ilə əlaqədar ərzaq mallarının alışı üçün Dərbəndə gedirlər.
AranNews- Azərbaycanın şimal hissəsinin sakinləri ərzaq mallarının alışı üçün Dərbəndə gedirlər. bu barədə “LezgiYar” saytı məlumat yayıb.
Sayt qeyd edir ki, son zamanlar bu istiqamətdə böyük axın müşahidə edilir.
Bildirilir ki, bu qarşıdan gələn Novruz bayramı ilə əlaqədar ola bilər, insanlar pula qənaət etməyə çalışırlar.
“Manatın devalvasiyası ilə əlaqədar ölkədə ərzağın qiyməti çox bahalaşıb. Rusiyada da devalvasiya dalğasının yaşanmasına baxmayaraq, qiymət arasındakı fərq Azərbaycan sakinlərini bazarlıq üçün Dağıstana getməyə məcbur edir.
Məsələn, burada 10 kq kartofu 170 rubla almaq olar, Azərbaycanda isə bu pula yalnız 3-4 kq kartof almaq olur. Əsasən istehlak malları - yağ, makaron, düyü, kartof və s. alınır”
Sayt qeyd edir ki, sərhəddən keçmək üçün limit mövcuddur - 10 kq-dan çox mal keçirmək olmaz.
  • Yazılıb
  • da (də) 2016 Mar 11
  • Göndərən مدير سايت Aran News