Nardarandakı Rəhimə Xanım Ziyarətgahının Hüseyniyyə Məscidinin axundunun işi məhkəməyə göndərilib.
AranNews- Nardarandakı Rəhimə Xanım Ziyarətgahının Hüseyniyyə Məscidinin axundu Hacı Nuhbala Rəhimov barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Bu barədə N.Rəhimovun yaxınları məlumat verib.
Məlumata görə, N.Rəhimov barəsində istintaqı yekunlaşmış cinayət işi baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib.
Məlumatda o da bildirilir ki, N.Rəhimovla bərabər Nardaran hadisələrində təqsirləndirilən daha bir neçə nəfərin barəsində başlanmış cinayət işi də yekunlaşaraq Sabunçu rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, N.Rəhimov ötən il dekabrın 7-də Nardaran qəsəbəsində Hüseyniyyə Məscidində saxlanılaraq Sabunçu rayon Polis İdarəsinə aparılıb və Sabunçu rayon Məhkəməsinin qərarı ilə barəsində 12 sutkalıq inzibati həbs qərarı çıxarılmışdı. Daha sonra N.Rəhimov haqqındakı inzibati həbs tədbiri 4 aylıq qəbs-qətimkan tədbirinə dəyişdirilib.