Tarix : 2016 Mar 13
Kod 48173

Xanım Fatimeyi Zəhra (s.ə)-ın şəhadət günü

Xanim Fatimeyi Zəhranın (s.ə) şəhadət günü munasibəti ilə, başda İmam Zaman aqa (ə.f) olmaqla sizin hamınıza təsliyyət ərz edirik!
AranNews- Əziz Peyğəmbər (s) buyurur: “Allah Fatimənin (s.ə) nurundan göyü və yeri yaratdı. Ona görə də yer və göy qızım Fatimənin (s.ə) nurundandır. Qızımın nuru isə Allahın nurundandır. Qızım Fatimə (s.ə) yer və göydən daha üstündür”.
Sabah 23 isfənd 1394-cü günəş ili, 3 cəmadiüs-sani 1437-ci hicri qəməri ili və 13 mart 2016-cı milad ili əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) qızı və şiələrin 1-ci imamı Həzrət Əli İbn Əbitalibin (ə) həyat yoldaşı Həzrət Fatimənin Zəhranın (s.ə) şəhadətinin ildönümü günüdür.
Xanım Fatimeyi-Zəhranın qiyamı və inqilabı olduqca böyük əhəmiyyətə malik idi. Fatimiyyə İslamın qorunmasında Kərbəladan az əhəmiyyətə malik deyil. Lakin o da qeyd edilməlidir ki, Fatimeyi-Zəhranın qiyamı olduqca qarışıq bir dövrə təsadüf edib, qarışıq və mürəkkəb şəraitdə baş verdi. Fatimiyyədə baş verən qarşıdurma zahirən bir neçə nəfərin arasında olsa da, həmin hadisələrin həqiqəti və batini tamam başqa idi. Həzrət Zəhra(s.ə) Peyğəmbərdən sonra 75-90 gün yaşadı. Həmin müddətdə din qorundu. Həmin müddəti Fatimə(s.ə) Hz.Əli üçün qazandı,Əks təqdirdə Hz.Əlini ölüm və beyət arasında seçim etməyə məcbur ediləcəkdi.
Xanım Fatimə(s.ə) ölümü ilə də mübarizə nümayiş etdirdi. Hz.Əliyə(ə) vəsiyyət etdi ki, onu gecə qüsl etsin, gecə kəfənləsin və gecə dəfn etsin. Müsəlman dəfn olunarkən yaxşıdır ki, çox adam yığışsın. Ancaq Peyğəmbər(s) gözünün nuru Fatiməni(s.ə) yeddi nəfərlə gecə gizlin dəfn etdilər. Peyğəmbər(s) qızının gizli dəfn olunması və mübarək məzarının bugünədək gizli qalmasının məqsədi insanları düşündürməkdir. Bu addımla Xanım Zəhra(s.ə) öz etirazını tarixə yazdı.
Rəvayatlərə görə, Fatimeyi-Zəhra (ə) Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından 75 və ya 95 gün sonra – hicri qəməri 11-ci il(miladi 632-ci il) cəmadiyül-əvvəl ayının 13-də və ya həmin ilin cəmadiyüs-sani ayının 3-də  Mədinədə dünyasını dəyişmişdir. Öz vəsiyytinə əsasən, dəfnində narazı olduğu insanların iştirak etməməsi üçün Həzrət Əlinin (ə) və  məhdud sayda peyğəmbər səhabələrinin iştirakı ilə gecəyarı torpağa tapşırılmışdır. Məzarının harada olması bu günə qədər gizli qalmışdır.Həzrəti Zəhranın Peyğəmbər məscidində və ya Bəqi qəbristanlığında dəfn olunduğunu ehtimal olunur.


Bu üç həftə bizə matəm, içimiz dop-dolu qəm,
Qəm edir ümməti-Peyğəmbəri –Xatəm gözü nəm,
Cəm olub göydə mələklər keçirir matəmini,
Əlinin qəddini bir halda ki, əymiş bu sitəm,
Beli sınmış Əlidir Fatimə əyyamı üçün.
Dilimiz nöhəlidir Fatimə əyyamı üçün.

Bu qəmi mən necə ifadə edim ki, söz ilə,
Bu qəmi körpə ikən gördü o Zeynəb göz ilə,
Ey edən cisminə işgəncə Peyəmbər qızının,
Baxacaqsan Üzünə həşrdə hansı üz ilə?
O gözün kölgəlidir, Fatimə əyyamı üçün.
Dilimiz nohəlidir Fatimə əyyamı üçün.

Əli- Zəhra bədənin gizlicə qoymuş məzara,
Bir adam bilməmiş əsla, gecə qoymuş məzara,
O deməkdir bu ki, bir zalıma yox beyətimiz,

Sinəsin dağlayıb Allah, necə qoymuş məzara?
Ürəyi yarəlidir Fatimə əyyamı üçün.
Dilimiz nöhəlidir Fatimə əyyamı üçün.

O Rəsulun qızı yox, göz-bəbəyi, canı idi,
O vəhy xanəsinin bir bəzəyi, canı idi,
Ona işgəncə Rəsulullaha işgəncə demək,
Bu səbəbdən ki, Rəsulun ürəyi, canı idi,
O ürək naləlidir Fatimə əyyamı üçün.
Dilimiz nöhəlidir Fatimə əyyamı üçün.

Atası etdi vəfat, naləsi dinmir Xanımın,
Əli əxz etdi ki, göz yaşı silinmir Xanımın,
Bu ürək dağı ilə etdi himayət Əlini,
Hələ də, indiyədək qəbri bilinmir Xanımın,
Balası qüssəlidir Fatimə əyyamı üçün.
Dilimiz nöhəlidir Fatimə əyyamı üçün.


  • Yazılıb
  • da (də) 2016 Mar 13
  • Göndərən مدير سايت Aran News