Xəbər Lenti

İlham Əliyev Fələstin Prezidenti Mahmud Abbasa məktub göndərdi

Seçkilərin ikinci turu 28 Noyabrda keçriləcək

Əl-Husi: Artıq dünya kimin sülhə qarşı olduğunu bilməlidir

İsrailin Qəzzaya hücumu Səudiyyənin sifarişi olub

Suriya prezidenti Suveydada azad olan druz girovlarla görüşüb

Gözəl Bayramlının cəzası azaldılıb

''Həbs olunan 4 MAXE-ni zorlayıb, işgəncə veriblər''

Gürcüstanda prezident seçkilərinin ikinci turunun tarixi açıqlandı

İran və Azərbaycan arasında Karnetir gömrük layihəsi icra edilir

Gürcüstanın Azərbaycana borcu açıqlandı

Türkiyədə İsrail əlehyinə aksiya keçirilib - FOTO

Nemət Pənahlı azadlığa çıxdı

Həmas: Əgər Netanyahu hücumları dayandırmağımızı istəyirsə

Əl-Husi: ABŞ-ın sülh çağırışları gözdən pərdə asmaqdır

İraq rəsmisi:"Sanksiyalara baxmayaraq, İranla ticarət artıb"

"Beynəlxalq ictimaiyyət İsrailə qarşı hərəkətə keçməlidir"- Türkiyə rəsmisi

Həmsədrlər Azərbaycan-R və Ermənistan XİN başçılarına Milanda görüşməyi təklif edib

Avropa Məhkəməsi Əvəz Zeynalı ilə bağlı şikayəti araşdırır

Həbsdə olan inanclı insanların problemləri müzakirə edildi - FOTO

Paşinyanın rəqibi bəlli oldu – Sərkisyanın partiyası namizədini açıqladı

Azərbaycan və İran tibb universitetləri arasında əməkdaşlıq yolları müzakirə edilib

Prokuror Aslan İsmayılova iki il islah işləri və pul cəzası istədi

Seyid Həsən Nəsrullah: “Kaşıkçının ölümündən şok olan dünya, Yəmənə biganədir

“Həşdi-Şaabi”: İraq-Suriya sərhədlərində bütün gücümüzlə varıq

Yəməndə son 48 saata 180 səudiyyəli əsgər məhv edilib

Azərbaycan-R XİN Nikol Paşinyana cavab verib

Azərbaycan Respublikasından olan vətənpərvər bir gənc Gürcüstanda həbs olunub

İstanbulda Yəmənə görə Səudiyyəyə qarşı etiraz aksiyası keçirilib (FOTO

Nardaran məhbusunun atası: “Heç əsirlikdə olanla belə davranmırlar” Featured

Ermənistanın sabiq müdafiə naziri Bakıya iki dəfə zəng edib

İsrail 8 yaşlı fələstinli uşağı həbs etdi

Hikmət Hacıyev: Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması

Səud qəbiləsi və sionist rejimi arasında gizli hərbi əməkdaşlıq

Yəmənin müdafiə naziri: Təcavüzkarlar qərb sahilində məğlubiyyətə uğrayıblar

Mirtağı Əsədov Azərbaycanda saxlanıb

Ərdoğan: "Ər-Riyad Camal Qaşıqçının qatilinin adını bilir"

Bakı beynəlxalq qətnamələrin pozulmasının təsirləri barədə xəbərdarlıq edib

Azərbaycanlı vətənpərvər gənc Facebook da yazdığı statusa görə həbs edildi

Gürcüstan Müsəlmanları İdarəsi son 5 ilin hesabatını təqdim etdi

ABŞ generalı Əfqanıstandakı Azərbaycan sülhməramlıları barədə danışıb

Arxiv
 
Tarix : 2016 mar 13     |     Kod : 48174

Ayətullahül-üzma Məhəmməd Fazil Lənkarani

Ayətullah Məhəmməd Fazil Lənkərani (Həzrət Ayətullah əl-Uzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani) - İslam dünyasının və şiə məzhəbinin böyük alimi, müctəhidi və mərcəyi-təqlidi idi.

AranNews- Ayətullahül-üzma Şeyx Məhəmməd Fazil Lənkərani 1310-cu hicri şəmsi ilində (1931-ci miladi) İranın müqəddəs Qum şəhərində dünyaya gəlmişdir.
Alim özü və valideynləri haqqında buyurur: «Mən bu ailəmizin dördüncü oğluyam və yalnız mən ruhani oldum. Hələ orta məktəbdə müəllim bizə “gələcəkdə nə olacaqsınız?” adlı inşa mövzusu verəndə mən yazdım ki, “ruhani olmaq istəyirəm”. Özü də bu sözləri elə bir dövrdə yazırdım ki, o zamanlar ruhanilər bəzilərinin nəzərində ağılsız və yolunu azmış kimi qiymətləndirilirdi.»
Cәnаb Mәhәmmәd Fаzil Lәnkәrаni özünün təhsil illərini bu cür xatırlayır: «Оrta məktəbi qurtardıqdan sonra İslami elmləri öyrənməyə son dərəcə rəğbətlə başladım… Ərəb ədəbiyyatının orta və ali səviyyəsinin bütün dövrlərini (kurslarını) yüksək səviyyədə oxudum. “Yüksək səviyyədə” deməkdə məqsədim budur ki, mən hər kitabı dərslərin gedişatında iki dəfə oxuyurdum. Əvvəlcə müəllim dərsi sinifdə tədris edirdi, dərsdən sonra isə həmin kitablarla bağlı dostlarımla yenidən mübahisə edirdim. Elə buna görə də, dərslərimdə irəli getdim və ilk dövrənin dərslərini altı il ərzində başa vurdum. Dəqiq yadımdadır, on doqquz yaşım olanda Ayətullah Bürucerdinin xaric dərslərində iştirak edirdim. İlk təhsil günlərimdə elmi mübahisə etdiyim bir dostum var idi. Dərslərimi onunla bəhs edirdim. Qışın soyuq günlərində “mütəhhər hərəmin” eyvanında açıq havada mübahisə etməyə məcbur olurduq. Ayətullah Bürucerdi bir məclisə dəvət olunmuşdu. Mən də atamla birlikdə bu məclisdə idim. Ayətullah Bürucerdi “Mütəvvəl” kitabından bir şer oxudu və bu şer haqqında məndən soruşmağa başladı. Mən dərhal cavab verdim. Bundan sonra o mənə əlli tümən pul hədiyyə etdi. Bu məbləğ o günlərdə çox dəyərə malik idi. Belə bir böyük şəxsiyyətin hədiyyə verməsi məni daha da ruhlandırdı və bundan sonra öz dərslərimə və əməllərimə daha diqqətlə nəzarət etməyə başladım.»
Məhəmməd Fazil Lənkərani on bir il müddətində Ayətullahül-üzma Bürucerdinin üsul və fiqhin xaric dərslərində, həmçinin doqquz il Ayətullahül-üzma İmam Xomeyninin (r) dərslərində iştirak etmiş, bu iki elm mənbəyindən son dərəcə bəhrələnmişdir.
O, Ayətullah Əllamə Təbatəbainin fəlsəfə və təfsir dərslərində iştirak edərək bu görkəmli şəxsiyyətin də maarif dolu elm dəryasından imkan olduqca faydalanmışdır.
İmam Xomeyni (rəhmətullahi ələyh) tağut Pəhləvi rejiminin törətdiyi zülm və fəsada qarşı mübarizəyə başlayanda, Ayətullahül-üzma Məhəmməd Fazil Lənkərani ən yaxın dost, sirdaş kimi onunla qədəm-qədəm hərəkət edir. İslam İnqilabının qələbəyə çatması üçün yorulmadan fəaliyyət göstərir, Qum Elmiyyə Hövzəsinin fəal üzvlərindən sayılırdı. Dəfələrlə dövlət məmurları tərəfindən tutularaq həbs edilmiş, axırda isə “Bəndəri Lənge”yə sürgün edilmişdir. Orada dörd ay qalandan sonra Yəzd şəhərinə sürgün olunur və iki il yarım orada qalır.
Məhəmməd Fazil Lənkərani hövzəyə daxil olduqdan bir neçə il sonra, 16 yaşında ikən təhsillə yanaşı tədrisə də başlamışdır. Uzun illər ərəb dili, məntiq, üsul, fiqh və s. dərsləri tədris etdikdən və yüzlərlə şagird yetişdirdikdən sonra Məkasib, Rəsail və Kifayə kitablarını tədris etməyə başlayır. Onun Kifayə dərslərində 600-700 tələbə iştirak edirdi. Bu dərslər hövzə tələbələri tərəfindən böyük rəğbətlə qarşılanır və О, hövzənin ən məşhur ustadlarından hesab olunurdu. Həyatının uyğun dövrünü xatırlayan Ayətullah deyir: “Şərhi-lümə” kitabının İrs bölməsini tədris etdiyim vaxt dərsdə təxminən 100 nəfər iştirak edirdi. Bir gün diqqət yetirib gördüm ki, onların hamısı yaşca məndən böyükdür.”
Ayətullah Lənkəraniyə görə, dini tələbələrin təqaüdü yalnız şəri ödənişlər vasitəsilə təmin olunmalıdır. Onun fikrincə, nəyin bahasına olursa-olsun, elmi hövzələr heç bir dövlət və hökumətə bağlı olmamalı və öz tarixi, mәnәvi müstəqilliyini qorumalıdır. Bir neçə il әvvәl hövzəyə dövlət büdcəsindən pul ayrılması barədə səslənən bir təklifə cavabındа bunu elmi hövzə və onun gələcəyi üçün ciddi təhlükə hesab etmişdi. Onun аyırdığı təqaüdlər isə müqəllidləri (оnа təqlid edənləri) və digər möminlər tərəfindən dəftərxanaya köçürülәn şəri ödənişlər fоndundаndır.
İmam Xomeyninin vəfatından sonra hövzənin böyük ustadları Ayətullah Məhəmməd Fazil Lənkəraniyə müraciət etdilər ki, mərcеyi-təqlid оlsun. Lakin аlim qətiyyətlə bildirdi ki, Ayətullah Gülpayqani və Ayətullah Əraki olan yerdə başqalarını, yәni оnu önə çəkmək düzgün deyil. Onların hər ikisinin vəfatından sonra, (1994-cü ilin dekabr ayında) Ruhanilər cəmiyyəti və onun ardınca Qum elmi hövzəsinin Müdərrislər Şurası yeddi müctəhidi mərcеyi-təqlid kimi elan etdi. Ayətullah Məhəmməd Fazil Lənkəraninin adı bu yеddi nəfərlik siyahının başında dururdu.
Şаhidlәrin söylədiyinə görə, Ayətullah Fazil Lənkərani elmi dәrәcәsi, аlim nüfuzunа baxmayaraq, atasının qulluğunda həmişə bir xidmətçi kimi dururdu.
Şeyx Məhəmməd Cavad: “O, mərcеyi-təqlid olduğu vaxtdan bu günədək bir dəfə də soruşmayıb ki, filan yerdə mənə təqlid edənlər nə qədərdir? Və yaxud mənim risaləm çap olundu, ya yox? O, bir neçə il həzrət Məsumənin (s) hərəmində imamlıq etmişdir. Dəfələrlə deyirdi ki, minlərlə tələbənin iqtida etdiyi bu namazla, əvvəllər kiçik məsciddə qıldığım namaz arasında heç bir fərq yoxdur”.
Ayətullah əzadarlıq və bayram məclislərinin xurafatdan qorunmasına xüsusi diqqət göstərib, özünün bəyanatlarında və şəri suallara verdiyi cavablarda zəif rəvayətlərdən istifadə etməməyə və dinimizə yad olan ahəng və üslublardan çəkinməyə çağırmışdır.
Ayətullah müsəlmanların birliyi naminə edilən müdarat təqiyyəsini şəri nöqteyi-nəzərdən düzgün bilir. Onun nəzərinə görə, bu məqsədlə әhli-sünnənin camaat namazlarına iqtida etmək olar. Lakin bu heç də istənilən adamla kompromisə getmək demək deyil. Məsələn, bir neçə il öncə Mədinə şəhərindəki Peyğəmbər (s) məscidinin imamı Şeyx Hüzeyfi şiələrin ünvаnınа nalayiq sözlər işlətmişdi. Ayətullah Məhəmməd Fazil bunu eşidərkən bu məzmunlu bir bəyanatla çıxış etdi: “Mən tövsiyə etmişdim ki, şiələr Məscidül-həram və Məscidün-nəbidə qılınan camaat namazlarında iştirak etsinlər. Bu tövsiyəm yenə də qüvvədədir. Lakin bəyan edirəm ki, müsəlmanlar arasında təfriqə salan bu şəxsə iqtida etmək düzgün deyil!”
O, bunu özünə vəzifə bilir və ona görə də heç nədən çəkinmirdi. Bilirdi ki, bu bəyanatı onun həcc mərasimindəki nümayəndəliyi üçün problemlər yarada bilər. Хoşbəxtlikdən çox keçmədi ki, Mədinə şəhərinin əmiri Hüzeyfini imamalıqdan azad etdi.
Ayətullah Muhəmməd Fazil Lənkərani uzun sürən xəstəlikdən sonra 16 iyun 2007-ci il tarixində 76 yaşında İranın Qum şəhərində vəfat edib. Ayətullah Lənkəraninin dəfn mərasimi iyun ayının 18-i 2007-ci il tarixində müqəddəs Qum şəhərində keçirilib və mərhum alim 7-ci İmam Museyi-Kazım (ə)-ın qızı Həzrəti Məsumə (s.ə)-ın müqəddəs hərəmində dəfn edilib.


Yazılıb da (də)   2016 mar 13  Saat  02   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin