Tarix : 2016 Mar 15
Kod 48176

Azəribaycan Respublikası İslam hərəkatı rəhbərinin şəxsiyyəti ilə tanışlıq

Hacı Əli İkram sözün əsil mənasında Allah adamı, İslam mücahidi və Azəribaycanın milli qəhrəmanı idi!


AranNews-
Azəribaycan respublikası müasir İslam hərəkatının mücahid rəhbəri və mübariz müsəlman Hacı Əli İkram Əliyev İsmail oğlu 1940-cı ilin aprel ayının 5-də Bakının 25 kilometrliyində yerləşən Nardaran kəndində dünyaya göz açdı. Onun ailəsi klassik adət-ənənələrə və dini tərbiyəyə bağlı insanlar idi. Onlar sovet ölkələrində maddi düşüncə tərzinin təbliği və yeni nəsillərin marksizm ideyasına uyğun tərbiyə olunmasına baxmayaraq, öz övladlarını ailə daxilində dini dəyərlərlə böyüdürdülər. Hacı Əli İkram və onun beş qardaşı, dörd bacısı uyğun ictimai mühitdə, belə bir dindar ailədə böyüyüb, inkişaf etdilər. Atası İsmail dindar bir kişi idi, bu qeyrətli və zəhmətkeş şəxs öz ailəsinin ruzisini əllərinin zəhməti ilə qazanırdı. O işləyib, çalışmasından əlavə Azəribaycanın klassik ədəbiyyatı, Azəribaycanın böyük müsəlman şair və yazıçılarının əsərləri ilə, həmçinin Quran və dini maariflə tanış olurdu.

Hacı Əli İkram öz cavanlıq dövrünün xatirələrində atasının dindarlığını və dini qeyrətini belə açıqlayır: “Məni hərbi xidmətə göndərmək istəyirdilər, lakin atam İsmail öz nüfuzundan və pulundan istifadə etməklə sovet ittifaqının qırmızı ordusunda xidmətə getməyimin qarşısını aldı. Ondan soruşdum: Nə üçün halal pulunu bu Allahtanımazlara verib, mənim hərbi xidmətə getməyimə mane olursan? Dedi: Əgər qırmızı orduya daxil olsan, daha səndən insan olmayacaq! Çünki səni donuz əti yeməyə vadar edəcəklər, elə ki. donuz əti boğazından aşağı getdi, qəlbində iman nuru öləcək və artıq insan olmayacaqsan!”
Anası Hüsniyə dindar, möhkəm və ləyaqətli qadın idi.  Bu qadın sovet ittifaqının ağır ictimai şəraitində, iman əhlinin kölgəsinə belə atəş açılan bir rejimdə 10 ləyaqətli və dindar övlad böyütməyi bacardı.
Hacı Əli İkram deyir: “Valideynlərim övladlarının tərbiyələrinə çox ciddi yanaşırdılar, hətta cavanlıq dövründə də onları özbaşına buraxmırdılar. Onlar Əhli-beyt təlimlərinə uyğun şəkildə övladlarını tərbiyə etməyə çalışırdılar.”
Ailənin böyük övladı Hacı Mail Əliyev Azəribaycanın məşhur ədəbiyyatçılarından, Əhli-beyt şairlərindəndir. İsmail kişinin 6 oğlundan üçüncüsü olan Hacı Əli İkram öz təhsilini Bakıda bədən tərbiyəsi fakultəsi üzrə başa çatdırdı. Lakin o dövlət işində çalışmadı və əkinçiliklə, gülçülüklə məşğul oldu.
Hacı Əli İkram təxminən 1975-ci ildə Bakıda təhsil alan şiə və türk dilli Yəmənli bir şagirdin dilindən İmam Xumeyninin (r) adını eşidir və xülasə şəkildə onun mübarizələri, Nəcəfə sürgün olunması ilə tanış olur. Iranda xalq hərəkatı yüksək səviyyədə olduğu bir vaxt və hicri təqvimi ilə 1357-ci ildə İmam Xumeyninin (r) rəhbərliyi ilə İslam inqilabının qələbəsi zamanı Hacı Əli İkram Təbriz radiosu vasitəsi ilə inqilaba aid baş verən bütün hadisələri izləyir və bəzən də Moskva mediası vasitəsi ilə  bəzi məsələlərdən xəbərdar olurdu. Imam Xumeyninin (r) şəxsiyyəti və İslam inqilabının şuru ona böyük təsir edir. Dünyanın minlərlə azadə və qeyrətli müsəlmanları kimi o da İmamın aşiqlərindən olur və İran xaricində İslam inqilabının tərəfdarlarına qoşulur. O sovet hakimiyyətinin əhatəsi daxilində və öz vətəni Nardaranda İslam inqilabının tərəfdarları və İmam Xumeyninin (r) müqəllidləri çevrəsini təşkil edir və burada rəhbərlik edir. O Azəribaycan xalqını İran İslam inqilabı və İmam Xumeyni (r) ilə tanış etməkdə, ölkənin və xalqın öz İslami-şiə şəxsiyyətinə qayıtmasında, dini maarifin nəşrində, İran İslam İnqilabının şəhidləri üçün gizli xatirə məclisləri təşkil etməkdə fəaliyyətlərini genişləndirdi. Onun genişlənməkdə olan bu dini fəaliyyətləri Azəribaycanın müxtəlif guşələrində insanları özünə cəzb etməkdə idi. Odur ki, Sovet Təhlükəsizlik Komitəsi baş verənlərdən xəbər tutub Hacı Əli İkramı ciddi nəzarət altında saxlayır.
İrana səfər və İmam Xumeyni (r) ilə görüş Hacı Əli İkramın arzularından idi. Lakin bu görüş İmam həyatda olan zaman baş tutmadı. Imamın vəfatından bir neçə ay sonra hicri təqvimi ilə 1368-ci ildə Azəribaycandan bir qrup Moskva vasitəsi ilə ilk dəfə olaraq Sovetlərdən xaricə ziyarət səfərinə getdi; Hacı Əli İkram da bu qrupun tərkibində idi. Sovet tərkibində olan Azəribaycanın, ziyarət qrupu İraqda Ətəbat ziyarətindən sonra Suriyada həzrət Zeynəbin (ə) hərəmini ziyarət etdilər və daha sonra İrana gəlib  Məşhəddə İmam Rzanı (ə), Qumda həzrət Məsumənin (ə) və Tehranda İmam Xumeyninin (r) məqbərəsini ziyarət etdilər.
Sovet ittifaqı dağıldıqdan sonra  1991-ci ildə Azəribaycanın müstəqilliyi elan olundu. Hacı Əli İkram Azəribaycan İslam Partiyasını yaratmaqla Azəribaycanın müxtəlif nöqtələrində öz dini ictimai fəaliyyətlərini genişləndirdi. Islam Partiyasının siyasi və ictimai fəaliyyətlərinə işarə olaraq onun Azəribaycanda qərb mədəniyyətinin yayılması ilə mübarizəsinə, Amerika və İsrailin başçılığı ilə imperialist dövlətlərin ölkədə nüfuz tapmasına mane olmasına işarə etmək olar. Amerika və sionist rejimin Bakıda yer tapması ilə Hacı Əli İkramın rəhbərliyi altında Azəribaycan İslam Partiyasının müxalifliyi xalq arasında çox təsirli idi. Partiyanın bu sahədə təsiri o qədər güclü idi ki, Bakının Heydər Əliyevin rəhbərliyi altında qərbpərəst hakimiyyəti bu işdən narazı oldular və İslam Partiyasının rəsmi fəaliyyəti qadağan edildi, Hacı Əli İkram partiyanın katibi olaraq İran İslam inqilabının tərəfdarlığı və Azəribaycanda dini dəyərlərin təbliği səbəbi ilə partiyanın digər iki üzvü il birlikdə (Hacı Nuri və mərhum Hacı Vaqif) 1996-cı ildə həbs olundular. Hacı Əli İkrama 11 il və digər iki nəfərin hər birinə 10 il iş kəsildi. Lakin onlar üç il sonra azad olundular. Lakin işgəncələr və ağır cismi və ruhi təzyiqlər səbəbindən Hacı Əli İkramın səhhətində dərin problemlər yaranmışdı və o bu problemlər səbəbindən ömrünün sonunadək əziyyət çəkdi.
81-ci ildə Nardaran əhalisi Heydər Əliyevin yanlış siyasətləri əleyhinə qiyama qalxdılar. İki il ötməsinə baxmarayaq zindanın sağlamlığına vurduğu zərərlər hələ də Hacı Əli İkrama əziyyət verirdi. Lakin o yenidən xalqı qiyama təhrik etmək ittihamı ilə təqribən 18 ay həbsə alındı. Bu həbs zamanı gözlərinin işığının əksər hissəsini itirdi.
Çünki türmədə onun şəkər xəstəliyinin  müalicəsinə şərait yaratmadılar, nəticədə şəkər xəstəliyi gözündə artdı və bu onun gözünə ağır zərbə vurdu.
Şübhəsiz Azəribaycan İslam Partiyasının rəhbəri Hacı Əli İkramın ölkədə İslam dəyərlərinin  dirçəlişi üçün yorulmaz səyləri heç zaman unudulmayacaq. Qeyd edək ki, miladi 20-ci əsrdə Azəribaycan Respublikasında iki hərəkat başladı. Birincisi 1920-1931-ci illərdə mücahid və müctehid alim Şəhid Ayətullah Şeyx Əbdül-Ğəni Badkubeynin rəhbərliyi ilə baş verən İslami hərəkat idi. O “İlahi dəvət cəmiyyəti” yaratmışdı, Stalinin adamları tərəfindən Şeyx şəhid edilir (1931-ci ildə) və onun şəhadəti bu mədəni, siyasi, ictimai və İslami hərəkatın dayanması ilə nəticələnir.
Azəribaycan respublikasında baş verən ikinci İslami hərəkat bu ölkənin islamçılarının başçısı Hacı Əli İkram Əliyevin rəhbərliyi ilə tarixi Bakı şəhərində və Nardaran qəsəbəsində, İslam inqilabının qələbəsindən sonra yarandı. Bu hərəkat Hacı Əli İkramın başçılıq etdiyi İslam Partiyasının fəaliyyətləri ilə öz yüksək həddinə çatdı, lakin hərəkat başçılarının həbs olunmasından sonra hərəkat söndü.
Hacı Əli İkram qeyrətli və agah bir müsəlman kimi ölkəsinin Ermənistan tərəfindən işğalı qarşısında sakit durmayıb, daim etiraz edib və hətta ölkəni müdafiə edənlərə şəxsən özü də köməyə qoşulub. O eyni zamanda digər müsəlman millətlərin başına gələn acı hadisələrə də laqeyid olmayıb. O İraqın İranla başladığı müharibə, Fələstinin sionistlər tərəfindən işğalı, İsrailin Livan torpağına təcavüzü, Qəzzə faciəsi və digər hadisələr qarşısında da sakit durmayıb, təcavüzkarlara etiraz edib və daim məzlum müsəlmanlar qarşısında məsuliyyət hiss edib. Imam Xumeyni (r)  tərəfindən mübarək ramazan ayının sonuncu cüməsi "dünyada qüds günü" və Fələstinin  azadlıq rəmzi kimi elan olunduğu ilkin illərdən etibarən, Sovet İttifaqının öz güclü dövrünü  yaşamasına baxmayaraq Hacı Əli İkram Nardaran və Bakıda həmin günün ictimai şəraitinə uyğun olaraq ölkədəki İmama bağlı azsaylı şəxslərlə birlikdə bu tarixi günü qeyd edirdi. Indi də onun səyləri nəticəsində Qüds günü hər il Azəribaycan Respublikasında qeyd olunur, bu mərasimdə Fələstin müdafiə olunur və qəsbkar sionist rejim məhkum edilir. Hacı Əli İkram özü də mübarək ramazan ayının sonuncu cüməsi xəstə olmasına baxmayaraq evdən xaric olar və Nardaranın İmam Hüseyn (ə) meydanında aksiyaçılara qoşular, ilkin sırada durar və kəfən geyinərdi. Hacı Əli İkram 70 yaşının tamamlanması münasibəti ilə islamçı “Nəbz” qəzetinin ondan götürdüyü müsahibədə açıq-aşkar bildirdi ki, mənim yolum əvvəldən İmam Xumeyninin (r) yolu olub və Ayətullah Xamineinin müqəllidiyəm!
Hacı Əli İkram mehriban, şücaətli, dözümlü, səxavətli, riyasız, sədaqətli və qeyrətli bir şəxs idi. Onun dini qeyrəti və onda olan inqilab şuru dünya səviyyəsində bir nümunədir. Güclü yaddaşı var idi, minlərlə beyt müxtəlif mövzularda təsirli şeirləri, ayə və rəvayətləri əzbər bilirdi. Gözəl ruhiyəli insan idi, heç kəs onunla yoldaşlıqdan, onunla bir yerdə vaxt keçirməkdən yorulmazdı. Hətta o xəstə olduğu zaman da ona baş çəkməyə gələnlər Hacı Əli İkramın yanından xaric olduqda gözəl bir ruhiyə ilə ayrılardılar. Əhli-beytin (ə) başına gələn müsibətlər yada salındıqda, millətinin məzlumluğu, İslam ümmətinə olan zülm barəsində danışıldıqda çox tez təsirlənər və ağlayardı. Hacı Əli İkram insaflı, ədəbli, mərifətli bir şəxs idi. Onun şeir və natiqlik zövqü yüksək idi.
Hacı Əli İkramın fikrinə görə Azəribaycan Respublikasının tarixi kimliyi İslam və şiəliyə bağlıdır. Azəribaycan Tezar Rusiyası və İran Qacar türklərinin hakimiyyəti zamanı Gülüstan və Türkmənçay müqavilələri əsasında böyük İrandan ayrıldı.
Bu qeyrətli və dindar şəxs İslam alimləri ilə daha yaxından və daha səmimi rabitə saxlayırdı. Çünki o bu fikirdə idi ki, İslamın qorunması və müsəlmanların izzəti yalnız elmi və siyasi cihad və din alimlərinin ictimai fəaliyyətlərindən aslıdır. O Şəhid Şeyx Əbdül-Ğəni Badkubeyi və İmam Xumeyni (r) kimi böyük alimlərin aşiqi idi və İslam inqilabını Həzrət Mehdinin (ə) dünyəvi inqilabı üçün bir zəmin hesab edirdi. Elə bu səbəbdən ömrünün sonunadək İran İslam inqilabına və onun rəhbərliyinə sevgi bəsləyib, inqilabın dəyərlərini tam inamla müdafiə edib, bu yolda tənə vuranların tənəsindən, böhtançılardan və zorçulardan qətiyyən qorxmayıb.
Onun həyatı dövründə həyatı və mübarizələri barəsində iki kitab İranda çap olundu. Kitablardan biri “Azəribaycan Respublikası islamçılarının rəhbəri Hacı Əli İkram Əliyevin xatirələr” adlanır. Bu kitabın müəllifi Əbdül-Hüseyn Şəhididir. Bu dəyərli kitabda Hacı Əli İkramın ömrünün müxtəlif dövrlərində, mübarizə, həbs həyatı dövrlərindəki maraqlı və şirin xatirələri yer alır.
İkinci kitab “Zindandan məktublar” adlanır. Kitab 30 məktub, Quranla istixarə barəsində 20 qeyd və Hacı Əli İkramın peyğəmbərlər barəsində zindanda yazdığı kiçik bir yazıdan ibarətdir.  Bu məktublar xalqının mənəvi və dini dəyərlərini müdafiə etmək səbəbi ilə həbsə alınmış haqpərəst və mübariz bir müsəlmanın zindanda qələmə aldıqlarıdır. O bu məktubları və qeydləri İslam düşmənlərinin və Azəribaycana hakim zalımların həbsxanasının dəmir barmaqlıqları arxasından yazıb. Məktublardan bəziləri şəxsi və ailə işlərinə aid olsa da, xalq üçün bu məktublarda ictimai və əxlaqi dəyərlər mövcuddur. Bəziləri isə tarixi, siyasi və milli dəyər və əhəmiyyətə malikdir. Bu məktublar və qeydlərdə yazıçının Allaha imanı, tövhid düşüncəsi, dini, ictimai və əqidəvi hədəfləri qabarıq şəkildə görünür. Və bu məktublar onu göstərir ki, Hacı Əli İkram siyasi yox, vicdan məhbusu olub. Bu mətnlər onun xalqının mənəvi yüksəlişi üçün və cəmiyyətdə İlahi hədəflərin gerçəkləşməsinə xatir çalışdığını, siyasi rəngdən və dünyada rəvac tapmış siyasi oyunlardan uzaq olduğunu göstərir. Bu zindan məktublarını və qeydlərini müsəlmanların tarixdəki müqavimət və mübarizə ədəbiyyatının parlaq nümunələrindən hesab etmək olar.
Məktublar, xüsusi ilə ailəsinə və övladlarına yazdığı məktublar nəsihətamiz və ümid vericidir və bəzən də öz ifadələrinə yumor hissi qatıb. O bu məktublar vasitəsi ilə ailədəki boş yerini doldurmağa çalışır və sevgi dolu ifadələrlə öz həyat yoldaşı və övladlarına müraciət edir. Məktubların mətnindən anlamaq olur ki, Hacı Əli İkram zindan və işgəncələr səbəbindən qəti şəkildə naümid olmayıb və zindanda mənəvi və fiziki təzyiq, xəstəlik və problemlər hər nə qədər çoxalıbsa, onun Allahın rəhmətinə ümidi bir o qədər artıb. Elə bu səbəbdən onun sözlərində ruhi düşgünlük və naümidlik müşahidə edilmir.
Hacı Əli İkram məktublarında ailəsini, övladlarını, dostlarını və əqidə yoldaşlarını dözümlü olmağa çağırır və açıq-aşkarcasına bildirir ki, biz bu mübarizədə Allah, xalq və ölkəmizin talehi qarşısında olan şəri vəzifəmizi yerinə yetiririk. Bu bizim bütün dünya müsəlmanları qarşısında olan məsuliyyətimizdir. Lakin buna baxmayaraq mübarizənin nəticəsi Allahın istəyindən aslıdır, bu imtahanda səbrli, dözümlü olmalıyıq.
Məktubların digər xüsusiyyəti onların Quran və din rəngində olmasıdır. O dini rəhbərlərin və şəxsiyyətlərin doğum və vəfat günlərini türmədə qeyd edirdi və xaricdəki dostlarına da tövsiyə edirdi ki, bu günlərə aid mərasimləri bacardıqları qədər əzəmətli keçirsinlər. Həmçinin mübarək ramazan, məhərrəm, səfər, rəcəb və şəban aylarına aid əməllərə, qaydalara xüsusi diqqət göstərirdi. Bu həqiqət onun məktublarında açıq-aşkarcasına görünməkdədir.
Məktubların mətni kiril əlifbası ilə və Hacı Əli İkramın öz dəsti xətti ilə yazılıb. Məktublardan bəziləri isə ikinci zindanda başqa bir şəxsin xətti və Hacı Əli İkramın imzası ilədir. Çünki ikinci zindanda  gözləri olduqca zəifləmişdi. Elə bu səbəbdən zindan yoldaşlarına yazdırırdı və özü imza edirdi.
Məktublar və qeydlər ailəsinin yanında saxlanılırdı. Onun xatirələri kitabı nəşr edildikdən sonra məktublar mütərcimə təqdim olundu və övladlarından birinin köməyi ilə tərcümə olundu.
Şəhadət rəngində ölüm
Azəribaycan müasir İslam hərəkatının döyünən ürəyi olan Hacı Əli İkram 2011-ci ilin mart ayının 17-si dördüncü gün günortadan sonra saat beşdə Bakının Nardaran kəndindəki şəxsi evində, 40 il İslam yolunda cihad və İlahi rəngdə həyatdan sonra 71 yaşında fani dünya ilə vidalaşdı. Cümə günü Nardarandakı İmamzadə Rəhimə xatun türbəsinin kənarında torpağa tapşırıldı. Allah rəhmət etsin.
Unutmamaq lazımdır ki, Hacı Əli İkramın ölümü İslam düşmənlərinin işgəncələri vasitəsi ilə baş verən bir növ tədrici şəhadət idi. Hacı Əli İkram təqribən 6 il Bakının qorxulu zindanlarında ağır işgəncələrə məruz qaldı. Cismində sağalmaz xəstəliklər, problemlər yaranmışdı. Ömrünün sonunadək Heydər Əliyevin zindanlarının nəticəsi olan xəstəliklərdən əzab çəkirdi. Əlbəttə o bu ağrıları çöhrəsində gizlədər və yüksək ruhiyə ilə yaşayardı; Bu isə onun güclü imanından doğur. Lakin buna baxmayaraq zindandakı ağır işgəncələrin nəticəsi olan xəstəliklər bu yorulmaz mücahidin bədənini o qədər ağrıtdı ki, nəhayət bu şiddətli ağrılar nəticəsində dünyasını dəyişdi.
Hacı Əli İkramdan beş övlad yadigar qalıb. Hüseyn adlı bir oğlan və dörd qız. Hacı Əli İkramın yolu onun özü dediyi kimi İmam Xumeyninin (r) yolu idi.  Şübhəsiz onun yolu Azəribaycanda davam etdiriləcək və gələcək nəsillər onu və onun səylərini daha yaxşı tanıyıb, dəyərləndirəcəklər.
Hacı Əli İkram sözün əsil mənasında Allah adamı, İslam mücahidi və Azəribaycanın milli qəhrəmanı idi!

Bir omr elədi xidməti islam əli ikram
Uqbayə rəhil oldi sərəncam əli ikram
Bir omr xulusilə ilahi şərəfilə
Məbuda tərəf bağladi ihram əli ikram
Bir omr sənaye səməde ləm yəzəlilə
Qəlbin elədi mənbəei ilham əli ikram
Bir omr elədi şər işi hər noilə məhkum
Bir omr elədi xeyr işə iqdam əli ikram
Həm piridi həm mominidi həmdə mubariz
Muşkuldi gorə birdə bu əyyam əli ikram
Dunyada ləyaqət hani ta kam ala momin,
Mənadə alar izzətinən kam əli ikram
Lazimdi edə xalq adini rəhmətinən yad
Layiqdi gore ədnidə ikram əli ikram
  • Yazılıb
  • da (də) 2016 Mar 15
  • Göndərən مدير سايت Aran News