Tarix : 2016 Mar 13
Kod 48177

Kanadada müsəlman qəbiristanlığında silahlı hücum

Kanadanın Albert ştatında bir müsəlman qəbiristanlığında silahlı hücum baş verib.
AranNews- Kanada Kral Atlı Polisi sözçüsü Şaron Franks "Cochrane" müsəlman qəbiristanlığındakı dəfn prosesi zamanı naməlum şəxslərin mərasimə qatılanlara atəş açdığını söyləyib.
Hücumda 4 nəfərin yaralandığını və xəstəxanaya çatdırıldığını bildirən Franks, "Hadisənin nifrət cinayəti və ya irqçi bir hücum olduğunu düşünmürük", - deyib.
Qəbiristanlıqda dəfn olunan şəxsin, ürək xəstəliyi nəticəsində 21 yaşında ölən müsəlman olduğunu bildirən Franks, hadisə ilə bağlı istintaqın davam etdiyini və yaralıların vəziyyətlərinin yaxşı olduğunu söyləyib.
  • Yazılıb
  • da (də) 2016 Mar 13
  • Göndərən مدير سايت Aran News