sionist İsrail rejiminin siyasətçiləri Ərəb Dövlətləri Liqasının "Hizbullah"la bağlı son qərarını təqdir etməkdə davam edirlər.
AranNews- Sionist rejiminin baş naziri Benyamin Netanyahudan sonra bu rejimin keçmiş XİN rəhbəri Tsipi Livni də Ərəb Dövlətləri Liqasının Livan Hizbullahını terror təşkilatı kimi tanıması qərarını alqışlayıb.
“Ərəb Liqası adil və düzgün bir qərar qəbul etdi. Heç bir birlik bu məsələni etiraf edəcək qədər şücaətli deyil. Növbəti addım “Hizbullah”-ın Livanda seçkilərə qatılmasının qarşısını almaqdır”, - deyə Tsipi Livni bildirib.
Livan Hizbullahı Səudiyyənin bu təşəbbüsünü Suriya və Yəməndəki məğlubiyyətilə əlaqələndirib
Səudiyyə və Bəhreynin vəhhabi hökümətlərindən sonra, Ərəb Dövlətləri Liqası ərəb xalqlarının rəyinin əleyhinə olaraq Livan Hizbullahını terrorçu təşkilatların siyahısına salıb. Ərəb ölkələrinin bu qərara əsasən hansı addım atacağı isə bildirilməyib. Toplantı Misir paytaxtında keçirilib. Səsvermədə Livan və İraq səsverməyə qarşı çıxıb.
Qeyd edək ki, Livan Hizbullahı Səudiyyənin bu təşəbbüsünü Suriya və Yəməndəki məğlubiyyətilə əlaqələndirib.
Ərəb Dövlətləri Liqası - ərəb dövlətlərinin beynəlxalq təşkilatı sayılır. Hal-hazırda təşkilata 22 dövlət daxildir.
Təşkilat Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən 22 mart 1945-ci ildə yaradılmışdır. Hazırda Yəmən və Suriyanın bu qurumda təmsilçisi yoxdur.