Tarix : 2016 Mar 13
Kod 48181

Türkiyə sahil mühafizəçiləri qayıqdakı miqrantları vurublar

Türkiyə Sahil Mühafizə xidmətinin əməkdaşları Yunanıstana yollanan miqrantlarla dolu rezin qayığa yaxınlaşaraq uzun ağaclardan istifadə edirlər.
AranNews- BBC-ə verilmiş videodan belə görünür ki, Sahil Mühafizə xidmətinin əməkdaşları Türkiyədən Yunanıstana yollanan miqrantlarla dolu rezin qayığa yaxınlaşaraq uzun ağaclardan istifadə edirlər.
Görüntü Yunanıstanın Lesbos adasındakı fəal tərəfindən göndərilib. O, hadisənin şənbə günü, Türkiyənin ərazi sularında baş verdiyini bildirir.
Miqrantlar Türkiyənin sahil mühafizəçiləri tərəfindən hücuma məruz qaldıqlarını deyirlər.
Türkiyə sahil xidmətinin əməkdaşlarına əsasən onlar sərnişinlərə xətər yetirmədən qayığın mühərrikini dayandırmağa çalışıblar.
Avropa İttifaqı ilə Türkiyə Avropaya miqrant axınının azaldılmasına yönələn müştərək addımları müzakirə edirlər.
2016-ci ildə Yunanıstana gələn miqrantların sayı ötən illə müqayisədə xeyli artaraq 132000 çatıb.
Onların əksəriyyəti dəniz yolu ilə Türkiyədən gəlib. Ötən il Aİ ölkələrinə 1 milyondan artıq miqrant daxil olub.
  • Yazılıb
  • da (də) 2016 Mar 13
  • Göndərən مدير سايت Aran News