Tarix : 2016 Mar 13
Kod 48183

Fətullah Gülənə yaxın daha 28 nəfər həbs edildi

Türkiyənin Elazığ vilayətinin 9 rayonunda "Paralel Dövlət Quruculuğu" iddialarına qarşı əməliyyatda 28 nəfər həbs edilib.
AranNews- Türkiyənin Elazığ vilayətinin 9 rayonunda "Paralel Dövlət Quruculuğu" iddialarına qarşı əməliyyatda 28 nəfər həbs edilib.
Elazığ Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Rayon Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsi qrupları, Elazığ, Antalya, Bursa, İstanbul, Malatya, Bitlis, Kahramanmaraş, Tunceli və Hakkaridə təyin olunan 39 ünvanda eyni zamanda əməliyyat keçirib.

Əməliyyatda "silahlı terror təşkilatına üzv olmaq", "rəsmi sənəddə saxtalaşdırma", "Vergi Qanununa müxaliflik" ilə "dövlət müəssisə və təşkilatları zərərinə dələduzluq" ittihamı ilə aralarında dershanə rəhbərləri və iş adamlarının da olduğu 39 şübhəlidən 28-i saxlanılıb.
Ünvanlarda axtarış və tədqiqatlar davam edir.
  • Yazılıb
  • da (də) 2016 Mar 13
  • Göndərən مدير سايت Aran News