Neslihan Kısa, Türkiyənin ilk hicablı vilayət başçısı olub.
AranNews- Eskişehirin Sarıcakaya rayonunun vilayət başçısı vəzifəsinə təyin olunan Neslihan Kısa vəzifəsinə başlayıb.
Neslihan Kısa Türkiyənin ilk hicablı vilayət başçısı olub.
Sarıcakaya vilayət başçısının rəsmi internet saytından yerləşdirilən açıqlamada, Gölçük və Altınova rayonlarında vilayət başçısı təcrübələrini yekunlaşdıran və Daxili İşlər Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən Sarıcakaya vilayət başçısı vəzifəsinə təyin olunan Kısa rayona gələrək vəzifəsinin icraatına başladığı bildirilib.
vilayət başçısı Neslihan Kısa 1991-ci ildə Giresunda anadan olub. İbtidai, orta və lisey təhsilini İstanbulda bitirən Kısa İstanbul Universiteti İqtisad fakültəsindən 2013-ci ildə fakültə birincisi kimi məzun olub.
Daxili İşlər Nazirliyinin açdığı vilayət başçısı sınağında iştirak edən Kısa 2015-ci ildə Kocaeli vilayət başçısı müavini kimi peşəyə başlayıb.