Tarix : 2016 Mar 14
Kod 48187

Şeyx Zəkzəkinin azad edilməsi üçün mitinqlər davam edir

Nigeriya Əhli-Beyt (ə) ardıcıllarının lideri və İslami Hərəkatının rəhbəri şeyx İbrahim Yəqubi Zəkzəkinin qanunsuz həbsdə saxlanılmasına etirazlar davam edir.


AranNews-
Nigeriya Əhli-Beyt (ə) ardıcıllarının lideri və İslami Hərəkatının rəhbəri şeyx İbrahim Yəqubi Zəkzəkinin qanunsuz həbsdə saxlanılmasına etirazlar davam edir.
ölkənin bir çox şəhərində, o cümlədən Bauçu və Kaduma şəhərində şeyx Zəkzəkinin dərhal qeyd-şərtsiz azadlığa buraxılması şüarı ilə yürüş mitinqlər təşkil olunub.
Minlərlə nigeriyalı Əhli-Beyt (ə) yolçusunun iştirakı ilə keçirilən mitinqdə 3 ay əvvəl Nigeriya ordusunun gözlənilməz bir şəkildə Bəqiyyətullah hüseyniyyəsinə və şeyx Zəkzəkinin evinə hücum etməsi və mindən artıq insanı qətlə yetirməsi bir daha qınanılıb.
Bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunması üçün ədalət qarşısına çıxarılması istənilib.

Nigeriyada ABŞ və sionist İsrail rejimi əleyhinə hərəkat başladan və yüz minlərlə tərəfdarı olan şeyx Zəkzəki və dostlarının sionist İsrailin göstərişləri əsasında qətliama məruz qaldığı bildirilir.
  • Yazılıb
  • da (də) 2016 Mar 14
  • Göndərən مدير سايت Aran News