İraqın şimalında yüzlərlə insan etiraz aksiyası keçirib və hökumətin İŞİD terrorçularının kimyəvi silahlar işlətməsi qarşısında hərəkətə keçməsini tələb ediblər.
AranNews- etiraz aksiyaçıları Kərkuk - Bağdad maqistral yolunda əllərində tutduqları plakartda hər gün 30 min nəfərin İŞİD terrorçuların gülləsi altında olduğu və hökumətin heç bir iş görmədiyi yazılıb.
Qeyd edək ki, Kərkukun cənubunda yerləşən Taza qəsəbəsinə iki gün öncə 45 raket atılıb. Yeli rəsmilərin bildirdiyinə görə,bu hücumlarda kimyəvi bombalardan istifadə olunub.
Səhiyyə mənbələrinin bildiridyinə görə, həmin bölgədə 400 nəfərdən çox insan kimyəvi maddələrdən zəhərlənərək xəstəxanalara yerləşdirilib. Yaralıların çoxunda nəfəs alma çətinləşib, yanığ xəsarəti və dəri xəstəliyi yaranıb. Gözlərindən su gəlir, ögümə və qosma halları müşahidə olunur.