İngiltərənin “Daily Mail” xəbər portalı bir neçə gün öncə Suriya hökumətinə qarşı mübarizə aparan yaralı terrorçuların işğal olunmuş Fələstin ərazilərində müalicəsi ilə əlaqədar reportaj yayımlayıb.
AranNews- bu barədə Fələstinin Colan yüksəkliyindəki qüvvələrinin komandan müavini Bəhai Əlyan bildirib.
O, yaralı terrorçuları “İsrailə sığınan suriyalılar” adlandırıb: “sionist rejim bu şəxslərin kimliyini yoxladıqdan sonra insani vəzifəsinə əsasən onları müalicə edib”.
Qeyd edək ki, İngiltərənin “Daily Mail” xəbər portalı bir neçə gün öncə Suriya hökumətinə qarşı mübarizə aparan yaralı terrorçuların işğal olunmuş Fələstin ərazilərində müalicəsi ilə əlaqədar reportaj yayımlayıb. Bu portal həmçinin İsrailin bu yaralıların müalicəsi üçün milyonluq vəsait sərf etdiyini bildirib.
Bu arada Fələstin dairələri bildirirlər ki, terrorçular işğal olunmuş ərazilərdə müalicə olduqdan sonra Suriya sərhədində nəzərdə tutulan avtomobillərlə döyüşlərə qayıdırlar.
“Daily Mail” nəşri bir müddət öncə bir video-çarxı yayımlayıb. Video-çarxda sionist hərbçilərin Colan yüksəkliklərində İŞİD terrorçularını müalicə etdiyi əks olunur.
“İsrail ötən bir neçə ildə suriyalı terrorçuları müalicə edib. Təl-Əviv Suriya dövlətinə müxalifətdə olan qüvvələrə tibbi yardımdan əlavə, onları hərbi və tədarük baxımından da dəstəkləyib” –deyə portal yazıb.