Dövlət Dumasının alt palatasına təqdim edilən qondarma erməni soyqırımının inkarı haqqında qanun layihəsi gündəmdən çıxarılıb.
AranNews- Rusiya ilə Türkiyə arasında baş verən hərbi təyyarə qalmaqalından bir gün sonra - ötən ilin 25 noyabrında Dövlət Dumasının alt palatasına təqdim edilən qondarma erməni soyqırımının inkarı haqqında qanun layihəsi gündəmdən çıxarılıb. Bu layihə hökumət və Konsitusiya məhkəməsi tərəfindən qanunazidd sayılaraq gündəmdən çıxarılıb.
Rusiya parlamentinin alt palatasının vitse spikeri Nikolay Leviçev bu barədə məlumat verib. O, qanun layihəsinin müzakirəsi üçün müsbət cavab almadıqlarını qeyd edib.
"Parlament olaraq biz fevralın 8-dən Rusiya hökumətindən cavab gözlədik. Ancaq layihə üçün yaşıl işıq yanmadı. Buna görə də layihə zamanı bitdiyi üçün geri çəkilib. Hökumətin bu məsələni müzakirə etməməyə cavab verməməsinin səbəbi Rusiya qanunlarında etnik cinayətlərə görə cəzanın onsuz da olmasıdır".
Gündəmdən düşən qanun layaihəsində qondarma soyqırımı inkar edənlərə astronomik cəzalar nəzərdə tutulurdu. 6-10 min manat civarında pul cəriməsi və ya 3 ilədək həbs.
Əgər bu, kütləvi informasiya vasitələrinin köməyilə edilibsə, azadlıqdan məhrum olma müddəti 5 ilə qədər artırıla bilər.
Ötən ilin 25 noyabr tarixində "Ədalətli Rusiya" franksiyasından olan deputatlar Sergey Mironov və Nikolay Levçiyev bu barədə layihəni parlamentə təqdim etmişdilər. Bu dəyişiklik layihəsində Osmanlı imperiyası zamanı 1915-ci ildə baş verən hadisələrin "erməni soyqırımı" olmasını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutur.
Rusiya-Türkiyə arasında münasibətlərin gərginləşməsinə səbəb ötən ilin noyabr ayında Suriya ilə sərhəddə Türkiyənin Rusiyaya məxsus "Su-24" təyyarəsini vurması olub. Bundan sonra - 2016-cı il yanvarın 1-dən Rusiya Türkiyədən bir sıra məhsulların idxalına qadağa qoyub, iqtisadi sanksiyalar tətbiq edib, çarter reyslərini ləvğ edib, eyni zamanda birtərəfli qaydada vizasız rejimin fəaliyyətini dayandırıb. Rusiya həmçinin öz vətəndaşlarına şirkətlərinə türk vətəndaşlarını işə götürməyə də qadağa qoyub.