Tarix : 2016 Mar 14
Kod 48195

Ankarada daha bir dəhşətli partlayış -27 ölü, 75 yaralı

Türkiyənin paytaxtı Ankarada qanlı partlayış baş verib. hadisə zamanı 27 nəfər həyatını itirib, 75 nəfər yaralanıb.
AranNews- Türkiyənin paytaxtı Ankarada qanlı partlayış baş verib. hadisə zamanı 27 nəfər həyatını itirib, 75 nəfər yaralanıb.
Ankaranın mərkəzində, Qızılay meydanında baş verən partlayış nəticəsində çoxlu sayda yaralanan olub.

İlkin məlumata görə, yaralılar xəstəxanalara çatdırılıb.
Partlama ərazisində 10-a yaxın avtobus dayanacağının olması yaralıların sayını artıran əsas faktor kimi önə sürülüb.
Məlumata görə, partlayışda çoxlu maşınlar da yanıb və yaxud zərər görüb. Hələlik dəqiq olan odur ki, iki bələdiyyə avtobusu və bir şəxsi avtomobil tamamilə yanıb.
Qanlı terrorun kimin törətməsi də bir azdan açıqlanacaq. Ərazi polis gücləri tərəfindən nəzarətə alınıb. Araşdırmalar gedir.
  • Yazılıb
  • da (də) 2016 Mar 14
  • Göndərən مدير سايت Aran News