"Ceyşul-islam" terrorçu qrupu bəyanat verərək Suriya ordusunun atəşkəsdən sonra düşmən nəzarətində olan əraziləri geri almaq üçün hazırlaşdığını deyib.
AranNews- Rusiyanın nüfuzlu mətbu orqanlarından olan “Nezavisimiya qəzeta" bir məqalədə Türkiyə və təkfirçi qrupların Suriyada müvəqqəti atəşkəs rejimini pozmağa cəhd etmələrindən yazıb.
Qəzetin verdiyi xəbərə görə "Ceyşul-islam" terrorçu qrupu bəyanat verərək Suriya ordusunun atəşkəsdən sonra düşmən nəzarətində olan əraziləri geri almaq üçün hazırlaşdığını deyib.
Bu terrorçu qrup atəşkəsin yaranması üçün beynəlxalq razılaşmanı mövcud durum qarşısında təslim olmaq adlandırmış və öz gümanı əsasında Suriya xalqını müdafiə etməyin zəruriliyinə təkid etmişdir. Habelə, "Ceyşul-islam" verdiyi bəyanatında Surayada qanlı döyüşlərin başlanması, ölkənin müxtəlif məntəqələrinin bombalanması, gündəlik bir çox dinc əhalinin ölməsi, yaxud yaralanmasında Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin dəstəyinin olmasını önə çəkmiş, "Kürd xalq qüvvələri"ni və Hələb ortaq əməliyyat otağına rəhbərlik edən "Cəbhətun-nusrə" və "Əhraruş-şam" qruplaşmalarını atəşkəsi pozmaqda, Hələbin kürdlər məskunlaşmış Şeyxul-məqsud və digər bölgələrini atəşə tutmaqda ittiham edib.
Qəzetin yazdıqlarına əsasən, silahlı qruplaşmaların Türkiyənin dəstəyi ilə Əlrəqqə vilayətinin Türkiyə ilə sərhəddə yerləşən Təl-Əbiz məntəqəsinə hücumları yenidən başlanmışdır. Kürd xalq qüvvələrinin terrorçu qruplarla toqquşmalarda üstünlüyünə baxmayaraq, Təl-Əbizin şimal və cənub bölgələri terrorçular tərəfindən atəşə tutulur.
Siyasi müşahidəçilər Türkiyəni Suriyanın şimal bölgələrində atəşkəsi pozmağa cəhd etməkdə suçlayırlar.
Qeyd edək ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu təhrikedici açıqlaması ilə öz ölkəsinin atəşkəsi rəsmi olaraq tanımamasını vurğulayıb.