AranNews- Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi xəbər verir ki, “Azərbaycan və İran İslam respublikaları arasında azadlıqdan məhrum edilmiş şəxslərin cəza çəkmək üçün verilməsi haqqında” 21.02.1998-ci il tarixli müqaviləyə və birgə əldə olunmuş razılığa əsasən, 12.03.2016-cı il tarixdə cəzanın qalan hissəsini çəkmələri məqsədilə Penitensiar Xidmətin tabe müəssisələrində cəza çəkən İran İslam Respublikası vətəndaşı olan 5 nəfər məhkumun Astara sərhəd-keçid məntəqəsində İranın səlahiyyətli nümayəndələrinə təhvil verilməsi həyata keçirilib.
Eyni zamanda, cəzanın qalan hissəsini çəkmələri üçün 6 nəfər Azərbaycan vətəndaşı İrandan ölkəmizə qəbul edilib.