Tarix : 2016 Mar 15
Kod 48201

Hacı Əli İkram Əliyevin vəfatından 4 il keçdi

Bugün Nardaran kənd sakini, mübariz və mücahid şəxsiyyət, mərhum İslamçı ağsaqqal Hacı Əli İkram Əliyevin torpağa tapşırıldığı gündür.
AranNews- Nardaran kənd sakini, mübariz və mücahid şəxsiyyət, mərhum İslamçı ağsaqqal Hacı Əli İkram Əliyev İsmail oğlu 1940-cı ilin aprel ayının 5-də Bakının 25 kilometrliyində yerləşən Nardaran kəndində dünyaya göz açmışdır.
1979-cu ildə İranda İslam İnqilabından sonra bütün dünyada, o cümlədən region ölkələrində bir dini canlanma yaranmışdı. Sovet hakimiyyətinin son illərində isə mərhum Hacı Əlikram və onun ətrafındakıların ağır zəhmətləri ilə ikinci dini oyanış hərəkatı baş tutub. Hacı Əlikram Əliyev dini fəaliyyətlərinə görə həbsdə olub, işgəncələrə məruz qalıb. Ömrünün son illərini ağır xəstəliklə keçirən böyük mücahid 17 mart 2011-ci il tarixində Bakının Nardaran qəsəbəsindəki şəxsi mənzilində vəfat edib. Ruhu şad olsun, Allah rəhmət etsin!
Hacı Əlikram İslamla düşmən olan kommunist rejiminin xaos və boğucu atmosferində boya-başa çatıb, İslam maarif ilə tanış olub. Hacı Əlikram 1965-ci ildə Bakı İdman İnstitutunun məzumu olub. Sonra qısa müddət müəllim işləyib. Daha sonra öz ailəvi peşəsi və İslam dinində dəfələrlə təkid edilən əkinçiliklə məşğul olub. Amma heç vaxt Sovet İttifaqının dinə qarşı siyasətləri ilə mübarizəni dayandırmayıb.
Hacı Əlikramın öz sözlərinə görə, İranda İslam İnqilabının zəfər çalmasından sonra İmam Xomeyninin müqəllidlərindən olub. Onun İmam Xomeyni, İslam İnqilabının Böyük Rəhbəri Ayətullah Xameneiyə böyük məhəbbəti olub.
Sovet İttifaqı dağılandan və Azərbaycan müstəqillik qazanandan sonra Hacı Əlikram 1992-ci ildə Azərbaycan İslam Partiyasını təsis edir. Xalq hərəkatı fəallarından olan Hacı Əlikram İslam hərəkatının liderinə çevrilir.
Bu yorulmaz mübarizin üzücü vəfatından sonra onun cənazəsi 2011-cu il, martın 18-də Nardaran qəsəbəsində yerləşən Rəhimə xanım (s.ə)  ziyarətgahının kənarında dəfn edilir. Allah rəhmət eləsin

Bir omr elədi xidməti islam əli ikram
Uqbayə rəhil oldi sərəncam əli ikram
Bir omr xulusilə ilahi şərəfilə
Məbuda tərəf bağladi ihram əli ikram
Bir omr sənaye səməde ləm yəzəlilə
Qəlbin elədi mənbəei ilham əli ikram
Bir omr elədi şər işi hər noilə məhkum
Bir omr elədi xeyr işə iqdam əli ikram
Həm piridi həm mominidi həmdə mubariz
Muşkuldi gorə birdə bu əyyam əli ikram
Dunyada ləyaqət hani ta kam ala momin,
Mənadə alar izzətinən kam əli ikram
Lazimdi edə xalq adini rəhmətinən yad
Layiqdi gore ədnidə ikram əli ikram


  • Yazılıb
  • da (də) 2016 Mar 15
  • Göndərən مدير سايت Aran News