Qüdrət Həsənquliyev: İslahatlar kompleks xarakteri daşımayacaqsa, gözlədiyimizi ala bilməyəcəyik”.
AranNews- deputat Qüdrət Həsənquliyev, məhkəmə-hüquq sistemindəki probemlərdən bəhs edib: “İnsanlar əmin olmalıdır ki, onların ölkəyə qoyduğu investisiya qanunla qorunur. Amma bəzi hallarda məhkəmə qəraları qüvvəyə minir, onun möhürü qurumamış icraçılar hərəkətə keçir. Bir kasıbın, yetimin barəsində məhkəmə qətnamələri dərhal icraya yönəldildiyi halda, bir sıra hallarda məhkəmə qərarları aylarla icra olunmamış qalır”.
Konkret bir şirkətlə bağlı çıxarılan məhkəmə qərarının uzun müddətdir icra olunmadığını xatırladan deputat iclasda iştirak edən ədliyyə naziri Fikrət Məmmədova şəxsən xitab edib: "Fikrət müəllim, xalqı hökumətdən, prezidentdən narazı salan ən ciddi sahələrdən də biri budur.
Biz qanunun aliliyini təmin edə bilməyəcəyimiz halda heç bir halda ölkəyə ciddi investisiya qoyuluşuna nail ola bilməyəcəyik. İllərlə insanlar məhkəmə qapılarında qalır. Məhkəmə qərarlarının seçmə üsulu ilə icra olunmasına yol vermək olmaz. Bəzi vicdansız sahibkarlar bankların pulunu ödəmirlər. Bəzi vəkillər də onlara vicdansız üsulla dəstək olurlar. Deyirlər ki, gəlin ərizə yazın, şikayət edək və məhkəmələrdə uzatmaqla bu məsələnin həllini gecikdirək. Nəticədə banklar pulsuz qalır. Qanunvericilikdə məhkəmələrin bu işi ilə bağlı təkmilləşmə aparılmalıdır”.
Q. Həsənquliyev "Gündəm xəbər" qəzetinin baş redaktoru ilə bağlı məhkəmə prosesində də haqsızlıq olduğunu qeyd edib və baş redaktoru 4 il həbs gözlədiyini bildirib. Deputat deyib ki, məhkəmə qərarının mürəkkəbi qurumamış icraçılar onun başının üstünü kəsiblər.