Ali Məqamli rəhbər, Ayətullah seyyid Əli Xamenei çərşənbə axşamı günü Qum Dini Elmlər Hövzəsinin Müəllim və Tələbələrinin Nümayəndələr Cəmiyyətinin üzvləri ilə görüşüb.
AranNews- görüşdə Ayətullah Xamenei deyib ki, Qum Dini Elmlər Hövzəsi “İnqilabçı hövzə və İnqilabın beşiyi” kimi qalmalıdır və bu hədəfə çatmaq dəqiq proqramlaşdırma, tədbir və təfərkkür tələb edir.
Ayətullah seyyid Əli Xamenei Qum Dini Elmlər Hövzəsinin İslam İnqilabının zəfər çalmasındakı misilsiz və təsirli rolu və yerini bəyan edib, dini hövzələrdən İnqilabın götürülməsi üzrə bəzi səylərə işarə edərək, deyib ki, universitet və Qum Dini Elmlər Hövzəsi İslam İnqilabının formalaşması və zəfər çalmasında aşkar təsirediciliyə malik olublar.
Ayətullah Xamenei görüşdə hövzənin yeri, rolu və təsiri barədə danışarkən buyurub: "Qum Elm Hövzəsi daim inqilab beşiyi kimi qalmalıdır. Bu məqsədə çatmaq üçün düşüncə, tədbir, proqramlaşdırmaya ehtiyac var. İnqilabın formalaşması və qələbəsinə iki cərəyan təsirli olub: universitet və hövzə. İniqlabdan əvvəl və inqilab gedişində universitetdə mübarizə olub. Amma bu hərəkat məhdud çərçivədə olduğundan heç vaxt inqilabi hərəkata çevrilməyib...
Biz tələbələrə apardıqları mübarizəyə görə minnətdarıq. Amma bu mübarizədə ruhanilər olmasaydı, həmin mübarizə universitet çərçivəsində məhdudlaşardı.
Qum Elm Hövzəsi olmasaydı İmamın hərəkatı olsun ki qələbə qazanmazdı. Xalqı meydanlara çıxaran, böyük və milyonluq aksiyalar təşkil edən, İmamın fikirlərini ölkəyə yayan tələbələr idi.Respublikanın islami və inqilabi qalmasını istəyiriksə, hövzə islami və inqilabi qalmalıdır. Hövzə inqilabi qalmasa dövlətin inqilabdan uzaqlaşması təhlükəsi yaranar."