Suriyada 15 mart 2011-ci ildə ölkənin cənubunda yerləşən Dəraa vilayətində müxalifətin başlatdığı nümayişlərin sonradan xaricdən idarə olunduğu ortaya çıxdı.
AranNews- Suriyada 15 mart 2011-ci ildə ölkənin cənubunda yerləşən Dəraa vilayətində müxalifətin başlatdığı nümayişlərin sonradan xaricdən idarə olunduğu ortaya çıxdı.
Məqsəd isə aydın idi, ölkədə vətəndaş müharibəsi ab-havası ilə müharibə yaratmaq. Bu müharibən əticəsində 235 mindən çoxu mülki vətəndaş olmaqla, ümumilikdə 361 min nəfər nəfər öldü vəya öldürüldü.
Birləşmiş Millətlər Təşkilatı uzun müddət öncə qarşıdurmaların getdiyi üçün etibarlı məlumat əldə edə bilmədiyindən itkilərin sayının hesablanmasını dayandırıb. Suriyadakı hökumət mənbələri müharibədə 235 min 140 mülki vətəndaşın öldürüldüyünü bildirir.
Hələbdə 71 min, Dəməşqdə 67 min, İdlibdə 36 min, Derada 28 min, Lazkiyədə 16 min, Deyrizorda 8 min 700, Hamada 4 min 900, Rəqqada 3 min 200 və Tartusda 340 mülki vətəndaş öldürülüb.
Öldürülən mülki vətəndaşlardan 20-dən çoxu uşaqdır.
İndiyə kimi 4 min 57 məktəb və 2 min 146 məscid hücumlardan zərər çəkib.
Maraqlıdır ki, öldürülən vətəndaşlara və dağıdılan infrastruktura görə, Suriya hökumətini ittiham edən qüvvələr, nəyə görə 5 il əvvəl Suriyada belə halların olmadığı sualına acvab verə bilmirlər. Onlar terrorçular tərəfindən kütləvi şəkildə qətliam edilən kəndləri, dağıdılan məscidləri, ziyarətgahları, məktəb və xəstəxana binalarının hamısını Suriyada ordusunun ayağına yazırlar.