Tarix : 2016 Mar 17
Kod 48212

Türkiyədə sülh istəyən 3 akademik həbs olundu

Sülh Üçün Alimlərin təşəbbüsü tərəfindən hazırlanan "Bu cinayətə şərik olmayacağıq" bəyanatına imza atan üç alim həbs olunub.
AranNews- istanbul məhkəməsinə sövq edilən Dos. Dr. Esra Munqan, Dos. Dr Müzəffər Kaya və Dos. Dr. Kıvanç Ersoy, "terror təşkilatının təbliğatını aparmaqla" təqsirləndiriliblər.
Baş prokurorun müavini İrfan Fidan isə üç alimin, eyni zamanda "Türk millətini, Türkiyə Cümhuriyyəti Dövlətini, dövlətin qurum və orqanlarını alçaltdıqları" barədə fikir söylədiklərini bildirib.
Təxminən 5 saat davam edən sorğu nəticəsində alimlər ittihamları rədd ediblər. Sorğulandıqdan sonra, barələrində həbs qərarı çıxarılan və həbsxanaya qandalsız aparılan Esra Munqan, Müzəffər Kaya və Kıvanç Ersoy tibbi nəzarətdən keçiriliblər.
Bəyanata imza atan 1128 akademikin siyahısında olan alimlər keçən həftənin cümə günü Təhsil və Elm Zəhmətkeşləri Həmkarlar İttifaqında mətbuata açıqlamalarında, sülh tələblərində israrlı olduqlarını və bütün hədələrə baxmayaraq, geri addım atmayacaqlarını bildirmişdilər.
  • Yazılıb
  • da (də) 2016 Mar 17
  • Göndərən مدير سايت Aran News