Tarix : 2016 Mar 17
Kod 48215

Kuveyt universitetində Qurana qarşı edilən hörmətsizlik

Kuveyt universitetində fəaliyyət göstərən bir fəlsəfə müəllimi - Küveyt dövlət qanunvericiliyinin Qurana nisbətdə ali olmasına və daha artıq əhəmiyyət kəsb etdiyi iddiasını etmişdir.
AranNews- Kuveyt universitetində fəaliyyət göstərən bir fəlsəfə müəllimi - Küveyt dövlət qanunvericiliyinin Qurana nisbətdə ali olmasına və daha artıq əhəmiyyət kəsb etdiyi iddiasını etmişdir.
Universitet müəlliminin açıqlaması, bir çox təhlilçi (şərhçi), o cümlədən, ictimai şəbəkələrin üzvləri tərəfindən böyük qəzəb və nifrət dalğasının yaranmasına səbəb olmuşdur.

O, hər hansı bir təfəkkürün Qurana söykənərək əsaslandırılmasını dövlətə qarşı xəyanət və o növ fikir sahiblərini vətən xaini olaraq dəyərləndirmişdir.
Fəlsəfə müəllimi, Küveyt televiziya şəbəkələrinin birində verdiyi müsahibəsində - Quran və İslam dini təlimatlarının, Küveytin konstitussiyasından üstün olduğu idealogiyasına malik şəxslərin dövlət üçün xətərli, eləcə də, xain olduqlarını təkidlə vurğulamışdır.
Qeyd edilən müəllim, iddiasının davamında - inkar halında əlavə edərək sual verib – Axı, Quran və İslam dini təlimatlarının dövlətin demokratik qurumundan üstün olduğu qələmə verməklə parçalamağımız rəvadırmı?
Müəllimin bu növ açıqlaması - bir çox aydın düşüncə sahibləri, şərhçi və internet şəbəkə istifadəçilərinin böyük etiraz dalğaları ilə qınanmış, İslam şəriətinə qarşı hörmətsizlik kimi qarşılanmışdır.
  • Yazılıb
  • da (də) 2016 Mar 17
  • Göndərən مدير سايت Aran News