İran Milli Təhlükəsizlik Şurasının sədri açiqlamasinda deyib ki, Terrora qarşı mübarizə sona çatmayıb.
AranNews- Rusiyaya məxsus hərbi qüvvələrin Suriyadan çıxarılması əvvəlcədən planlaşdırılmışdı.
Bu sözləri İran Milli Təhlükəsizlik Şurasının sədri Əli Şəmxani deyib.
O, Rusiyanın bu qərarının gözlənilməz olmadığını deyib: “Rusiya ordusunun Suriyadan çıxarılması müəyyən koordinatlar daxilində əvvəlcədən planlaşdırılmışdı. Bu, gözlənilməz addım deyildi. Terrora qarşı mübarizə sona çatmayıb. Terrorçuların təhlükə yaratdığı bölgələrdə İran və rus hərbçilərinin yardımı ilə Suriya ordusunun irəliləyişi təmin olunacaq”.