Tarix : 2016 Mar 17
Kod 48218

17 mart, Hacı Əlikramın vəfatının 5-ci ildönümü münasibətilə - Mirzə Rəsul İsmayılzadə

Hacı Əlikram gərçək mənada Allah bəndəsi, İslam yolunun mücahidi və Azərbaycanın milli qəhrəmanı idi.


AranNews–
Qafqaz regionu qədim dövrlərdən böyük alim və dini şəxsiyyətlər yetişdirmişdir. Bu geniş məntəqə İran və İslamın sivilizasiya dairələrindən olmuş və həmişə görkəmli simaları ilə tanınmışdır. Etnik, din və dil müxtəlifliyinin çoxluğu cəhətindən tarixin müəyyən dövrlərində xoşagəlməz hadisələr yaransa da məntəqəyə hakim kəsilən bu düşmənlik və ictimai durum oranın sakinləri olan xalqlar üçün inkiaf, irəliləyiş, sülh, bir-birinə qarşı sayğı, səbr və dözüm gətirməkdə çox təsirli olmuşdur.
Bəzi dövrlərdə rus və erməni kimi xarici amillərin müdaxiləsi, rus çarlığının, daşnakların, bolşeviklərin məkirli planları və şeytanlıqlarının təsirindən yaranan etnik və dini ixtilafları çıxmaq şərtilə, ümumiyyətlə, Qafqaz mühiti düşüncələrin və etiqadların aşkar olunması, yeniik gətirilməsi üçün ən əlverişli bir mühit olmuşdur. Qafqaz xalqının etnik və dini bağlılıq dairəsi bütün iqtisadi, mədəni və ictimai ərsələrdə iranlı və islami olmuşdur. Bu məsələnin özü İslami İranın şimal bölgəsində yerli istedadların yetişməsinə münasib şərait yaratmışdır.
Əsasən də 16-cı əsrdə Qafqaz elmi, dini, mədəni, ictimai, hətta iqtisadi ərsələrdə görkəmli şəxsiyyətlərin yetişdiyi bir yer olmuşdur. Fars dili və ədəbiyyatı sahəsində Nizami, Xaqani, Fələki Şirvani, Məshəti, türk dili və ədəbiyyatı sahəsində Nəsimi, Şirvani, Nəşat, Seyid Əzim Şirvani, Molla Pənah Vaqif, irfan sahəsində Nəsimi, Bakuyi, Kişvəri, mərsiyyə ədəbiyyatı sahəsində Molla Məhəmməd Naxçıvani, Abbasqulu Ağa Bakıxanov, komediya ədəbiyyatı sahəsində Mirzə Əliəkbər Sabir, Cəlil Məmmədquluzadə, musiqi sahəsində Seyid Möhsin Nəvvab, Üzeyr Hacıbəyov, din, Quran və İslam maarifi sahəsində Hüseyn Badkubeyi, MirMəhəmməd Kərim Musəvi Bakuyi, Molla Məhəmməd Həsən Şəkurizadə, Pişnamazzadə, Hafiz Əqnədi, Şeyx Şamil, iqtisadiyyat və dindarlıq sahəsində Mürtəza Muxtarov, Zəynəlabidin Tağıyev, siyasi-ictimai elmlər sahəsində Xoniski, Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, hərbi sahədə Cavad xan Gəncəli, Hüseynqulu xan Bakuyi, Qaçaq Nəbi və yüzlərlə alim və şəxsiyyətlər bu diyarın bəhrəsidir. Qafqaz tarixinə nəzər salsaq, görərik ki, bu ərazidə hər bir dövrdə mövcud duruma uyğun olaraq şəxsiyyətlər yetişmişdir.
Türkmənçay və Gülüstan müqavilələrinə qədər Qafqazın xüsusi bir siması olmuş, İran və İslamın bir parçası idi. Qeyd olunan müqavilələrdən sonra bolşeviklərin işğalına qədər dəyişkən və fərqli bir simada olmuş və İrandan ayrı olsa da öz kimlik əslini qoruyub saxlaya bilmişdir. Lakin, eyni halda beynəlxalq dəyişikliklər, sivilizasiya və  inkişafdan geti qalmamış, bəzi inqilabi hərəkatları yerliləşdirməklə İrandakı hadisələrə də öz təsirini qoymuşdur. Bu təsirin ən yüksək həddi Məşrutə dövründə ədəbiyyat, mədəniyyət və mətbuat vasitəsilə olmuşdur. Qafqazın bolşeviklərin işğalı altında olduğu, kommunistlər tərəfindən anti-İslam, anti-İran, anti-türk siyasətlərinin icra olunduğu və bu regionun neft mənbələrinin, münbit torpaqların, iş imkanlarının ruslara və ermənilərə hədiyyə edildiyi, Qafqaz müsəlmanlarının (Azərbaycan) torpaqlarının qeyri-müsəlmanlara verldiyi dövrdə Qafqazın siması dəyişdi. Əvvəl müsəlman Qafqaz dağıldı, onun siyasi xəritəsində gürcü və erməni olmaqla iki xristian dövləri yaradıldı. Halbuki, bu xalqların hər ikisi dini azlıq olaraq İranlıların nemətindən və qonaqpərvərliyindən qidalanırdılar. Bu işğaldan sonra bir sıra problemlər müsəlmanların yaxasından yapışdı. Ruslar bir tərəfdən anti-din, anti-İran və anti-türk toxumu səpdilər, digər tərəfdən də nifaq, təfriqə, işğalçılıq, assimilyasiya və təhriflər yaratdılar.

İran və İslam ünsürünün olmaması ilə bu hərəkatlar formalaşdı və özünün pik həddinə çatdı. Sonda isə Qarabağ probleminə, müsəlmanların ərazilərinin işğalına, mədəniyyət və mənəviyyat sahələrində İran və İslamdan uzaqlaşmağa səbəb oldu.
Qorbaçovun dağıdıcı “aşkarlıq” və “yenidənqurma” layihələri ilə İmam Xomeyninin (rh) öncədən dediyi kimi, sosializm və onunla birgə qırmızı zülm də tarixin zibil yeşiyinə atıldı. Qara bulud səhər nəsimi ilə tamamilə yoxa çıxdıqdan sonra qafqazlılar müstəqillik qazandılar. Amma açarı öz əllərində olmayan problem və mürəkkəb məsələlər yükü ilə. Bununla belə Qafqazda müxtəlif dövrlərdə yaranmış, təkmilləşmiş, lakin yarı yolda qalmış bir sıra hərəkatlar yenidən canlanaraq hərəkətə gəldi.
Bu hərəkatlardan biri də azərbaycançılıq etiqadına söykənən İslam hərəkatı idi. Bu hərəkatın Qafqazda qədim kökləri vardır və onun səhifəsində Cavad xan Gəncəli, Mirzə Əliəkbər Sabir, Şeyx Qənizadə, Pişnamazzadə, Molla Məhəmməd Şəkəvizadə, MirMəhəmməd Kərim Musəvi Bakuyi, Xoyski və digər şəxsiyyətlər yer alıb.
Yeni canlanmış İslam hərəkat bu dəfə Hacı Əlikram Əliyevin adı ilə bağlandı. Sosializm repressiyası dövründə İmam Xomeyni və İslam İnqilabınının nidası vasitəsilə öz əsl kimliyini tanıyan Hacı Əlikram həqiqi mahiyyətini dərk etdi, vətənpərəst-dinpərəst hərəkatını Təzəpir məscidindən Allahu Əkbər nidası ilə başladı. Azərbaycanda İslam hərəkatının Hacı Əlikramın təkbiri ilə başlamasını desək, mübaliğə etməmişik.

Bolşeviklərin Qafqazı 70 il işğal altında saxlaması, hər bir dini əsər və atributun məhv edilməsi, bütün İslam mütəfəkkirlərinin qətlam edilməsindən sonra Hacı Əlikram iyirminci əsrin birinci onilliyindəki dini hərəkatların canişini olaraq bu dəfə yeni simada və yeni məsuliyyət ilə cəhalət və kimliksizlik ideologiyasına qarşı mübarizə səhnəsinə daxil oldu.
Hacı Əlikramın islami oyanışı yəmənli bir tələbənin vasitəsilə və şiə aləmində inqilab mərcəsi kimi Ayətullah Xomeyninin adını eşitməsi ilə baş verdi. Eşq onun ürəyində şölələndi. Sanki öz itirdiyini tapdı. Bu vüsal mənəvi bir mühitdə Hacı Əlikram və Ayətullah arasında formalaşdı və onun İmam Xomeyni adı ilə tanış olması, bir xariqüladə iş, zərif memarlıq və ya təsadüfi bir məsələ, lakin tam mənalı olaraq zehinlərdə qaldı.
Onun İmama olan qiyabi eşq gücü bütün qorxulu amillərə üstün gəlir və İmam Xomeyninin inqilabı haqqında məlumat kəsb etməsi uğrunda sanki yer və zaman əl-ələ verir, hətta İranın Tudə kommunistləri, Demokrat Firqəsinə aldanmış ünsürlər də Təbriz radiosu ilə onun İmamın İnqilabı barədə xəbər tutmasına vasitə olurlar.
Mərhumun özünün deməsinə görə Azərbaycana qaçmış və fars dilini bilən bir sıra tudəçilər İslam İnqilabı rəhbərlərinə aid xəbərləri ona nəql edirdilər. Hətta, İmam Xomeyninin risaləsi, İslam İnqilabının rəhbərlərinin şəkillərini əsasən, tövbə etmiş tudəçilər ona vermişdilər. Bu, Allahın inayətidir ki, tudəçi kommunist bir şəxs İmamın risaləsinin və inqilabının təbliğçisi oldu. Beləliklə, Hacı Əlikram İslam İnqilabı universitetində qiyabi təlim gördü, kommunistlərin repressiya dövründə yaxşı mənbələr əldə etdi, özü islami oyanışın mərkəzinə çevrildi. Bu mərkəz o qədər zəngin və bərkimiş idi ki, ətrafına misilsiz fədailər toplaya bildi və kommunist rejiminin dağılması ilə İslam Partiyası ası ilə siyasi bir qurum büruz etdi, əməli surətdə siyasi-ictimai fəaliyyətlərə başladı. Hərəkat ibtidada ən çox Hacı Əlikramın dini və əxlaqi şəxsiyyətinə söykənirdi. Çünki bir çox ictimai, hətta siyasi problemlərdə Hacı Əlikram agah ağsaqqal kimi camiənin müxtəlif kəsimlərinin müraciət yeri olmuşdur. Buna nümunə olaraq demək olar ki, ermənilərin Azərbaycana rəhimsiz təcavüzləri və daşnakların Qarabağı işğal etmək istədiyi zamanlarda Azərbaycan əsgərlərinə və müharibə köçkünlərinə kömək etməkdə fəal və təsirli rol oynamışdır.
O, Azərbaycan xalqının müstəqillik tələb etməsi hərəkatında həmişə könüllü dəstələrin istiqamətləndiricisi olmuş, qara 20 Yanvarda Qırmızı ordunun müdafiəsiz insanları qətliam etməsi hadisələrində xalqın ruhlandırıcısı olmuş, 20 Yanvar şəhidlərinin dəfn edilməsində əsaslı rol oynamışdır. Şəhidlərin indi Şəhidlər Xiyabanı adlanan sabiq Dağüstü Parkda dəfn olunması təklifini də o vermişdi.
Həmçinin, ölkədə məzhəblər arasında vəhdət və qardaşlıq ruhiyyəsinin yaradılmasında, müxtəlif dinə mənsub şəxslərə qarşı beynəlxalq qanunlara riayət olunması məsələsində çox təsirli olmuşdur. Ona görə də İslam Partiyası və İslam oyanışı hərəkatı, bu hərəkatın camiənin müxtəlif kəsimləri arasında nüfuzu (müstəqilliyin ilk illərində), onun təsirqoyan bir hərəkat kimi tanınması birbaşa Hacı Əlikramın dini, əxlaqi və inqilabçı şəxsiyyəti ilə bağlıdır. Bu səbəbdən demək olar ki, Hacı Əlikram özü bir hərəkat idi. Beynəlxalq məsələlərə, İslam dünyasının problemlərinə, islami vəhdətə diqqət, siyasi məsələlərə dərin təfəkkürlə yanaşma, düşməni və məkirli planları tanımaqda uzaqgörənlik, İslam maarifini tanıtmaq və təbliğ etmək, Azərbaycan ölkəsinə və xalqına xəyanət edən hərəkatları ifşa etmək üçün lazımı şücaət və cürətinin olması onun şəxsiyyətinin əsas xüsusiyyət və özəlliklərindən idi.
Qəhrəman mücahid, Azərbaycanın müasir İslam hərəkatının təsisçisi Hacı Əlikram 40 il İslamın tərvici yolunda cihad və ilahi həyatdan sonra qorxunc həbsxanalarında verilən ən kəskin işgəncələrin, yaranmış şəkər xəstəliyi və nəfəs çatışmamazlığı üzündən 2011-ci il mart ayının 17-də 71 yaşında ikən Nardaran qəsəbəsində öz evində fani dünya ilə vidalaşdı.
Hacı Əlikramın yolu, onun öz təbirincə desək, İmam Xomeyninin yolu – bu günləri Azərbayacan Respublikasında davam edir və sözsüz, gələcək nəsil onun mücahidliklərini daha yaxşı və daha artıq tanıyacaqlar. Hacı Əlikram doğrudan da Allah bəndəsi, İslam yolunun mücahidi və Azərbaycanın milli qəhrəmanı idi.
Allahın rəhməti, mələklərin və övliyaların salamı olsun Ona!

  • Yazılıb
  • da (də) 2016 Mar 17
  • Göndərən مدير سايت Aran News