Ali məqamli Rəhbər, Ayətullah Seyyid Əli Xamenei Novruz bayramı ərəfəsində “Cəşn-e Nikukari” (Xeyriyyəçilik həftəsi) münasibəti ilə imkansız və kimsəsiz ailələrə maddi yardım edib.
AranNews- Ali məqamli Rəhbər, Ayətullah Seyyid Əli Xamenei Novruz bayramı ərəfəsində “Cəşn-e Nikukari” (Xeyriyyəçilik həftəsi) münasibəti ilə imkansız və kimsəsiz ailələrə maddi yardım edib.
Ayətullah Xameneinin imkansız və kimsəsiz ailələrə yardım məqsədi ilə İmam Xumeyni (r) adına İmdad Komitəsinin hesabına 20 min dollar məbləğində maddi yardım ayırıb.
Qeyd edək ki, hər il İranda Novruz bayramı ərəfəinsə imkansız və kimsəsiz ailələrə yardım məqsədi ilə “Cəşn-e Nikukari” (Xeyriyyəçilik həftəsi) adlı bayram şənliyi keçirilir. İnsanlar imkansız ailələrə yardım məqsədi ilə gücləri çatdığı qədər yardım toplayıb İmam Xumeyni (r) adına İmdad Komitəsinə təhvil verir. İmdad Komitəsi isə Novruz bayramı öncəsi yardımları imkansız ailələrə çatdırır.