Səddamın törətdiyi qırğından 24 il keçir16 Mart Hələpçə soyqırımının ildönümü kimi hər il anılır.
AranNews- Hələpçəyə təşkil olunan hücumda minlərlə dinc insan İraq ordusu tərəfindən atılan kimyəvi bombalarla öldürülmüşdü.
Şimali İraqda Hələpçə qırğınının ildönümü münasibətilə Hələpçəyə ilk bombanın atıldığı saat 11.36-da Ərbildə 5 dəqiqəlik sükut elan edilib. Şəhərdə nəqliyyat səsləri siqnal verib, vətəndaşlar isə ayaq üstə duraraq qırğını annıblar.
16 Mart 1988-ci ildə Bəəs rejiminin "Ənfal" hərəkatı adını verdiyi əməliyyatda İraqın şimalındakı Hələpçə şəhəri döyüş təyyarələri tərəfindən 3 gün ərzində kimyəvi qazlar olan bombalarla bombalanıb. Rəsmi rəqəmlərə görə 5 min mülki vətəndaş kimyəvi qazlardan zəhərlənərək ölüb, 7 mindən çox adam isə yaralanıb. Hadisə səbəbiylə 1 milyondan artıq insan Türkiyə və İrana sığınıb.
24 il əvvəl həyata keçirilən Hələpçə qırğınının qurbanları, Şimali İraqda kürdlərin yaşadığı şəhərlərdə hər il müxtəlif tədbirlərlə anılır.
Digər tərəfdən, Hələpçə qırğınının planlaşdıran və vur əmrini verən Səddam Hüseynin əmisi oğlu "Kimyəgər Əli" ləqəbli Əli Həsən Əl-Məcidi edam edilərkən istifadə edilən ip Hələpçəyə gətirilərək Abidə muzeyinə qoyulub.