Iqtisadçı Azər Mehdiyev deyib ki, Xəzər dənizi qapalıdır, dünya okeanına çıxışı yoxdur. Bu baxımdan azad ticarət zonası yaradırıqsa, “kimin üçün nəzərdə tutulur” sualı meydana gəlir.
AranNews- “Belə çıxır ki, 2016-cı ildə iqtisadi böhranın qarşısını almaq üçün ciddi addımların şahidi olmayacağıq”.
16 və 17 mart tarixləri İlham Əliyevin iqtisadi sərəncamlarıyla da yadda qaldı. Dövlət başçısıöncə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorlarıüzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”, onar isə“Bakışəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncamları imzalayıb.
Birinci sərəncamda milli iqtisadiyyatın perspektivi, prioritet olan 8 sektorla bağlı yol xəritəsinin hazırlanması və digər məsələlər yer alıb. Eyni zamanda, prezidentin köməkçisi Natiq Əmirovun rəhbərliyi iləİşçi qrupu yaradılıb.
İkinci sərəcamda İqtisadiyyat Nazirliyi və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə tapşırıqlar verilib ki, birlikdə altı ay müddətində Bakışəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı təklifləri, beynəlxalq məsləhətçi şirkət cəlb etməklə xüsusi iqtisadi zonalara dair qanunvericiliyin təkmilləşdirilməsi, zonanın yaradılmasının iqtisadi əsaslandırılması, inkişaf konsepsiyası, infrastrukturu və idarə olunması, eləcə də zonada həyata keçiriləcək sahibkarlıq fəaliyyətinin növləri və onların xüsusiyyətləri ilə bağlı təkliflərini prezidentə təqdim etsin.
Sərəncamları şərh edən iqtisadçı Azər Mehdiyev hesab edir ki, bu sənədlərdən hökumətin indiyə qədər heç nə hazırlamadığı anlaşılır: “Hər 2 sənəddə müvafiq qurumlara 6 ay müddətə təkliflərin hazırlanması tapşırığı verilib. Ölkə 2 ilə yaxındır böhran mərhələsinə daxil olub, amma bu nazirliklər və komitələr hər hansı araşdırma aparıb, ortaya təhqiqatlar qoymayıb. Bu gün də onar ent göstəriş verir ki, 6 ay ərzində təkliflər hazırlansın. Təkliflər 6 ay onar təqdim olunacaq və baxılacaq-baxılmayacaq, bu, artıq ilin başa çatması deməkdir. Belə çıxır ki, 2016-cı ildə iqtisadi böhranın qarşısını almaq üçün ciddi addımların şahidi olmayacağıq”.
“Birinci sərəncamda ağır sənayedən söhbət gedir ki, bunun Azərbaycan üçün nə nəqədər perspektivli olduğunu söyləmək çətindir. Çünki Azərbaycanın dəmir filizi və digər ehtiyatları o qədər böyük deyil ki, yerli hasilata hesablanmış olsun. Həm də bilik və bacarıq bu sahəni inkişaf etdirməyə imkan vermir. Yəni təhsil sistemi buna uyğun qurulmayıb. Yaxud ixtisaslaşmış turizm və əyləncə, neçə ildir turizm haqda danışılır, amma nəyə nail olunub? Heç Gürcüstanla müqayisə oluna bilmirik. Əyləncə turizminə gəldikdə, bununla bağlı ölkələr var ki, orda hər şeyə icazə verilib. Bizim ölkədəki kimi qadağalar o ölkələrdə yoxdur. Bu baxımdan sahə seçiləndə ölkənin xarakteri, qanunlar, açıqlıq dərəcəsi nəzərdə alınmalıdır”,-deyə Mehtiyev bildirib.
Azad iqtisadi zonaya gəlincə, Azər Mehdiyev deyib ki, Xəzər dənizi qapalıdır, dünya okeanına çıxışı yoxdur. Bu baxımdan azad ticarət zonası yaradırıqsa, “bu azad zona kimin üçün nəzərdə tutulur” sualı meydana gəlir. Ona qalsa, Lökbatanda olan iri ticarət mərkəzləri azad ticarət zonasının kiçik nümunəsi idi. Biz Ələt qəsəbəsində azad ticarət zonası yaradacağıqsa, bu, kimin üçün nəzərdə tutulur? Burda hansı ticarətlər olacaq? Rusiya, Orta Asiya, İran və Azərbaycan üçünmü, yoxsa, Xəzər dənizi vasitəsilə mal gətirilib satılacaq? Ümumiyyətlə, azad ticarət zonaları okeanlara birbaşa çıxışı olan ərazilərdə özünü doğruldur. Nəhəng gəmilərlə ucuz mal gətirilir və bu mallar heç bir gömrük yoxlaması olmadan daxil olur, oradan da beynəlxalq bazarlara çıxarılır. Məsələn, Dubay bunun ən böyük nümunəsidir. İndi sual çıxır, Azərbaycanda hansı məqsədlə yaradılacaq, potensialı nə qədər mövcuddur? Təəssüf ki, sadaladığım istiqamətlərdə heç bir hesablamalar yoxdur”.
İqtisadçı Xəzər dənizində iri azad iqtisadi zonanın yaradılacağına inanmadığını dedi: “İqtisadi zonalar çox ciddi alətdir, amma dünyada bu cür azad zonaların yalnız 30-40 faizi özünü doğruldub. Bu da həmin ölkələrdə iqtisadi şərtlərə nə dərəcə əməl olunması, yerin seçilməsi və başqa tələblərin yerinə yetirilməsilə bağlıdır. Suallardan biri də budur: Azərbaycanda sərhəddən gediş-gəlişə ciddi problem olduğunu nəzərə alsaq, azad iqtisadi zonanın yaradılması mümkün olacaqmı? Yaxud İran və Rusiya kimi ölkələrlə sərhədi olan Azərbaycanda azad iqtisadi zonanın yaradılması üçün şərtlər təmin olunacaqmı? Ona görə də indiki düşüncə və şərtlərlə Azərbaycanda iqtisadi zonanın yaradılmasına nikbin yanaşmıram”.