Azərbaycan Respublikasının islamçılarının rəhbəri Hacı Əlikramın vəfatının 5-ci ildönümü manasibətilə Şərqi Azərbaycan İslam İnqilabı Mədəni Tədqiqatlar Cəbhəsi 15 martda Təbriz şəhərinin "Kitab Evi"ndə mərasim təşkil etmişdir.
AranNews- Mərasimdə Mehdi Nalbəndi Azərbaycanın İslam hərəkatının və Azərbaycan İslam Partiyasının mərhum rəhbəri Hacı Əlikram Nardaraninin həyat və mübarizə yolundan bəzi məqamlara toxunaraq deyib: "Hacı Əllikram İmamın adı ilə tanış olduğu vaxtdan İmamın müridi olur. İrana səfər etmək və İmam Xomeynini görmək arzusu ilə yaşayır. Bu görüş İmamın həyatı dövründə mümkün olmadı. 1988-ci ildə İmamın vəfatından bir neçə ay sonra Moskva vasitəsilə Azərbaycandan bir heyət ilk dəfə olaraq SSRİ-dən xaricə ziyarət səfərinə göndərilir. Hacı Əlikram bu heyətin tərkibində idi. Azərbaycan Sosialist Respublikasının ziyarət heyəti İraqda müqəddəs ziyarətgahları, Suriyada Həzrət Zeynəbin (s) hərəmini ziyarət edir və oradan da İrana gəlir, Məşhəddə həzrət İmam Rzanı (ə), Qumda Fatimeyi-Məsuməni (s), Tehranda İmam Xomeyninin (rh) məqbərəsini ziyarət edir.Hacı Əlkaram və Nardaran qəsəbəsindən "Xomeyniçi" adını başıucalıqla qəbul etmiş kişilər, bu etiqadlarına bağlı qaldılar, mərdliklə dayandılar, bütün çətinliklərə, ağrı-acılara, həbs və işgəncələrə dözdülər, amma izzətdən əl götürmədilər. Bu mətanət həqiqi bir mərifətdən qaynaqlanırdı. Bu həmin şiəliyin nişanəsi olan mərifətdir. Bu kök, o qədər güclüdür ki, Hacı Əlikramın bu dünyadan köçməsi ilə quruyan deyil. Bu günləri Xomeyni məktəbində tərbiyə olunmuşlar Nardaran qəsəbəsinin əhalisi ilə məhdudlaşmır. Hacı Əlikram kimilərin mətanətinin bərəkəti ilə İslam İnqilabının vurğunları vücuda gəlmişdir və onlar Qafqazın gələcəyini yaradacaqlar".Bundan sonra onun taleyi də dünyanın hər yerində İmam və İslam İnqilabının vurğunlarının taleyinə döndü, öz ölkəsində İmam Xomeyninin və Ayətullah Xameneinin azadlıq bağışlayan təfəkkürlərinə ürək bağladı, bu yolda cihad etdi və mətinliklə dayandı, ömrünün sonuna qədər bu meydanda aşiqanə müqavimət göstərdi. Onun bütün həyat və mübarizələri bu sözümüzü təsdiq edir".Hacı Əlikram, Bakıda və Nardaranda İmam Xomeyninin müqəllidlərinə rəhbərliyi öhdəsinə almışdı. O, Ali Məqamlı Rəhbərə dərin hörmət bəsləyirdi. SSRİ-nin parçalanmasından və Azərbaycan Respublikasının müstəqillik qazanmasından sonra bu məntəqədə islamçıların və İslam Partiyasının, mərhumun öz sözü ilə desək, qərb imperializmi və kommunist hakimiyyətinə qarşı partiyanın rəhbəri oldu. Hacı Əlikram İslam İnqilabının tarixinin səhifəsində İrandan xaricdə müsəlmanları və ziyalıları İslama və dini dəyərlərin hökumətinə səsləyən ən parlaq şəxsiyyətlərdəndir.1991-ci ildə Gilanda baş verən zəlzələ hadisəsində Hacı Əlikram, SSRİ tərəfindən göndərilən yardımların çatdırılmasında nümayəndə kimi Moskvadan İrana gəldi. O, bu səfərdə taxtadan hazırlanmış şifrəli və bir neçə əsr tarixi olan çox gözəl bir Quran rəhlini özü ilə gətirmişdi. Onu İmam Xomeyninin (rh) hərəminə hədiyyə etdi. Bu dəyərli incəsənət əsəri hələ də İmamın (rh) qəbri üzərində qalır. O, çox illər öncə İmam Xomeyninin həyatı dövründə nəzir edibmiş ki, əgər İrana getsə və İmamı görsə, bu Quran rəhlini ona hədiyyə edəcək. Amma...Hacı Əlikram İslam İnqilabının müdafiəsini, onun tərvicini və Əhli-beyt (ə) məktəbinin qorunmasını müqəddəs sayırdı və bu yolda heç bir səyini əsirgəmirdi. Çünki onu ilahi bir vəzifə bilirdi. O, dini maarifin, Quranın, Əhli-beyt (ə) məktəbinin, xalqı İslama və şəri hökmlərə əməl etməyə təbliği yolunda hər bir vasitədən istifadə edirdi və bu fəaliyyətləri ibadət kimi vacib bir vəzifə bilirdi. İslam İnqilabının mədəniyyətinin genişlənməsi, İmam Xomeyninin və Ayətullah Xameneinin təfəkkürlərinin tərvici yolunda – hətta zindanda olduğu zamanlarda da – bütün maddi, mənəvi, siyasi və ictimai imkanlarından tam ciddiyyətlə istifadə edirdi. O, heç vaxt passiv əməl etmədi. Hacı Əlikram etiqad və əməldə, düşüncə və rəftarda doğrudan, Əhli-beyt (ə) sevgisilə yaşayan bir şiə idi. Bu xalis və İslam mücahidi olan şiə İslam İnqilabının dəyərlərini dünyada, xüsusən də Azərbaycan Respublikasında yaymaqda əsl nümunə idi və bunu şiə məktəbinin maarifini təbliğ etmək, onu qorumaq sayırdı və bununla iftixar edirdi.