AranNews- Rusiyada Dubaydan Rostov-na-Donuya uçan sərnişin təyyarəsi qəzaya uğrayıb.
bu barədə fövqəladə xidmət orqanlarında bildiriblər.
Qeyd olunur ki, təyyarə uçuş-eniş zolağına birinci dəfədən enə bilməyib, ikinci cəhd edərkən isə təyyarə yerə çırpılıb və partlayış baş verib.
İlkin məlumatlara görə, qəzaya səbəb pilotun səhvi və yaxud pis hava şəraiti olub.
Qəzaya uğrayan “flydubai” aviaşirkətinə məxsus təyyarədə ekipaj üzvləri daxil olmaqla 61 nəfər olub.