Manamanın qərbində yüzlərlə Bəhreynli etiraz aksiyası keçirib və siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər.
AranNews- bu gün cümə namazından sonra Manamanın qərbində Əl-draz kəndində keçirilən aksiyada Ali Xəlifə rejimi tərəfindən tutulan siyasi məhbusların və Əl-Vifaq Cəmiyyətinin baş katibi Şeyx Salmanın azadlığa buraxılması tələb olunub.Aksiya iştirakçıları əllərində Şeyx Əli Salman və digər məhbusların şəkillərini daşıyıb Bəhreyndə ayrı-seçkiliyə qarşı şüarlar səsləndiriblər.