Tarix : 2016 Mar 19
Kod 48233

Miqrantlar ayağa qalxdı: "Türkiyəyə qayıtmırıq"

Türkiyə təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyat çərçivəsində 1 734 miqrant və qaçqınların qeyri-qanuni yolla Avropaya keçirilməsi ilə məşğul olan 16 şəxs saxlanılıb.
AranNews- Suriyalı miqrantlar Türkiyə ilə Avropa Birliyi arasında əldə edilən razılaşmaya etiraz ediblər.
Yunanıstanla Makedoniya sərhədində gözləyən miqrantlar Türkiyə-AB razılaşması barədə məlumatı eşidən kimi aksiyaya başlayıblar.
Sərhəddə aksiya keçirən miqrantlar "Türkiyəyə qayıtmaq istəmirik", "Merkel bizə yardım et" kimi şüarlar səsləndiriblər.
Qeyd edək ki, Yunanıstan-Makedoniya sərhədində təxminən 12 min miqrant var. Türkiyə-AB razılaşmasına görə, 20 martdan sonra Yunanıstan sərhədini keçən miqrantlar Türkiyəyə geri qaytarılacaq.
Eyni halda məlumatda bildirilib ki, Türkiyə təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyat çərçivəsində 1 734 miqrant və qaçqınların qeyri-qanuni yolla Avropaya keçirilməsi ilə məşğul olan 16 şəxs saxlanılıb.
Sahil mühafizə xidməti, Hərbi Dəniz Qüvvələri və yerli jandarmeriya əməkdaşlarının iştirakı ilə gerçəkləşən əməliyyat İzmir vilayətinin Dikili şəhəri yaxınlığında baş tutub.
Qeyd edək ki, bundan əvvəl Yunanıstanın Lesbos adasına yollanan 3 min miqrantın saxlanılmasına dair məlumat yayılmışdı.
  • Yazılıb
  • da (də) 2016 Mar 19
  • Göndərən مدير سايت Aran News