AranNews- sözügedən hərbçilər Məribdə yerləşən hərbi bazalarına qayıdan zaman girov düşüblər.
Eyni zamanda Yəmənin Silahlı Qüvvələri Ənsarullah Husilər hərəkatının dəstəyi ilə Səudiyyənin Taiz vilayətində yerləşən mövqelərinə raket zərbələri endiriblər. Bu raket zərbələri nəticəsində xeyli sayda Səudiyyənin işğalçı hərbçisi və nəqliyyat vasitələri məhv edilib.
Qeyd edək ki, bundan əvvəl Yəmən ordusu mart ayının əvvəlində 100-dən çox Səudiyyə hərbçisini girov götürüblər.