Suriyanın tarixi məkanı Tadmurda, İŞİD-ın məhv edilməsinə üçün şərait təmin edilmişdir.
AranNews- Rus silahlı qüvvələri baş qərargahının operativ idarə rəisi General-leytenant Sergey Rudskoy, Tadmur məntəqəsində İŞİD ünsürlərinin mühasirəsi və tam şəkildə məhv edilməsi üçün şəraitin təmin edilməsi haqqında məlumat verib.
“Al-Aləm”-in verdiyi xəbərə əsasən, Cümə günü bu mövzu ilə bağlı, Sergey Rudskoy.. -Suriya ordusu, Tadmur şəhər ətrafındakı təpələri, İŞİD terrorçularının sursat, avadanlıq və digər zəruri maddi təminat üçün istifadə etdiyi tranzit yolları kəsərək tam nəzarəti əlinə aldığını təkidlə vurğulayaraq elan etmişdir.
“Russia Today”, Rus silahlı qüvvələri baş qərargahının operativ idarə rəisinin bəyanını xatırladaraq Suriyanın silahlı və müqavimət qüvvələri, Rusiyanın hava dəstəyi altında Tadmor məntəqəsinin azad edilməsi üçün geniş əməliyyatın tərtib edildiyini bildirib.
Rudskoy təkid edərək - Rus təyyarələrinin “Cəbhətun-Nusra” və İŞİD ünsürlərinin strateji mövqelərinə qarşı gün ərzində 20-25 hava əməliyyatı keçirdiyini vurğulayıb.