Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Penitensiar xidmətin müalicə müəssisəsindən azadlığa buraxılıb.
AranNews- Martın 17-də İlham Əliyev tərəfindən (şərlənərək həbs edilmiş) imzalanmış əfv sərəncamının icrası davam edir.
Əfv siyahısında adı olan məşhur siyasilərdən biri də, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlıdır. Partiya sədri bu gün səhər saatlarında Penitensiar xidmətin müalicə müəssisəsindən azadlığa buraxılıb. Onu ailəsi ilə yanaşı, bir çox təfədarı qarşılayıb, ayaqlarının altında qurban kəsiblər. Partiya sədri azadlığa çıxdıqdan sonra həbsdə olarkən dünyasını dəyişmiş valideynlərinin Ramana qəbristanlığındakı qəbirlərini ziyarət edib.