Ərdoğanın Azərbaycana səfərləri ərəfəsində həyata keçirilmiş teraktları təsadüf saymaq olmaz. Çünki Türkiyənin qanlı partlayışların dalında duran güclər birinci növbədə Azərbaycana mesaj göndərirdilər.
AranNews- İlham Əliyev işgüzar səfərlə Türkiyədə oldu. Səfər qeyri-adi səciyyədə idi, çünki Bakıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı yüksək səviyyədə strateji əməkdaşlıq üzrə Şuranın 5-ci toplantısında iştirak etmək üçün gözləyirdilər.
Lakin yaranmış vəziyyət buna mane oldu. Ərdoğanın fevralın 17-də Bakıya planlaşdırılmış birinci səfəri ərəfəsində Ankarada terror aktı baş verdi.
Türk hərbçilərini daşıyan avtobus partladıldı. Martın 13-də Ankarada onlarla insanın həlak olduğu, 120-dən çox adamın yaralandığı ikinci terakt baş verərkən Ərdoğan ikinci dəfə Azərbaycan səfərini təxirə saldı. Hadisələrin qəribə şəkildə üst-üstə düşməsi Azərbaycan və Türkiyənin əksər ekspertlərinə “Türkiyə-Azərbaycan yaxınlaşmasına mane olmaq niyyətində olan müəyyən güclərin fəaliyyət göstərdiyi” haqda maraqlı mühakimələr yürütmək üçün əsas verdi. Məsələn, Qazi Universitetinin (Ankara) Strateji Araşdırmalar Mərkəzinin direktoru Məhməd Seyfəddin Ərol bildirib: “Prezident Ərdoğanın Azərbaycana səfərləri ərəfəsində həyata keçirilmiş teraktları təsadüf saymaq olmaz. Çünki səfərlər strateji hədəflər güdürdü. Bu qanlı partlayışların dalında duran güclər birinci növbədə Azərbaycana mesaj göndərirdilər: işarə vurdular ki, o, Türkiyə ilə layihələrdən imtina etsin. Bu güclər istəyir ki, Bakı Türkiyəyə çox da ümidvar olmasın”.
Bu, Rusiyaya işarə idi, çünki Ankarada və Bakıda çoxları əmindirlər ki, Türkiyənin vurduğu Rusiya bombardmançısı ilə faciəli insidentdən sonra Azərbaycan gec-tez seçim etməli olacaq. Və o bunu etdi. Prezident Əliyevin səfəri təkcə “rəmzi jest” xarakteri daşımadı, həm də Rusiya ölçüsünü duruma daxil etdi.
Türkiyə və Azərbaycan ekspertlərinin məntiqini izləsək, onda Rusiya prezidenti Vladimir Putinin Rusiya qoşunlarının Suriyadan çıxarılması haqda elan edilmiş qərarı da xronoloji olaraq Azərbaycan-Türkiyə kombinasiyasna daxil edilməlidir. İstənilən halda dəfələrlə pozulmuş, sonra isə hər halda Ankarada toplantısı baş tutmuş Strateji Əməkdaşlıq Üzrə Şuranın gündəliyi hansısa qalmaqallı mövqe ehtiva etmir və nəticələri gözlənilən idi.
Ekspert Sergey Markedonovun dəqiq şəkildə qeyd etdiyi kimi, “Ankarada yüksək səviyyədə strateji əməkdaşlıq Şurası beşinci toplantısının yekunları bu dəfə də Yaxın Şərq və Qafqaz gündəminə hiss olunacaq heç bir dəyişiklik gətirmədi”, lakin “bu hadisələr müttəfiqlərin yeni geopolitik şəraitdə özünəməxsus saatları yoxlamağı idi və ən yaxın dövr göstərər ki, əqrəblər hansı yöndə hərəkət edəcək”.
Bununla bağlı bir neçə məqamı qeyd edək.
I. Rusiya-Türkiyə münasibətlərinin qəlizləşməyi ortaq, iri energetika layihələrinin gerçəkləşməsini təhlükə altında qoydu və hazırda Ankaranın siyasi çəkisi ancaq Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən iqtisadi layihələrlə saxlanır. Azərbaycan prezidenti Əliyev Ankarada sıradakını bildirməklə bunu təsdiq etdi: “Türkiyə nə qədər güclü olsa, biz o qədər güclü olacağıq. Bizim gücümüz birlikdədir. Bütün beynəlxalq məsələlərdə bir yerdə və yan-yanayıq”.
Bu, adi dilə tərcümdə bildirir ki, bəyan edilmiş Azərbaycan-Türkiyə strateji alyansında liderlik rolu Azərbaycana keçməyə başlayır.
II. Məşhur türk politoloqu Həsən Aksay sıradakını bildirir: “Türkiyə nəinki böhranın öhdəsindən gəldi, həm də bu böhranın türk dünyasına yayılmağının qarşısını ala bilmədi. Hökumət başçısı Davudoğlu noyabrın 24-də Rusiya təyyarəsi vurulduqdan dərhal sonra Azərbaycana gəldi və rəsmi Bakıdan yardım xahiş etdi. Türk dünyası Rusiya-Türkiyə böhranının həllində vasitəçi rolunda çıxış edə bilərdi, lakin Davudoğlunun qorxaq davranışı bütün tarazlığı məhv etdi”.
Sonra: “ABŞ Türkiyəni özünün batıb qaldığı Suriya bataqlığına sürüməkdən ötrü çox əlləşirdi. Bununla yanaşı İran da amerikalılarla sövdələməyə getdi və nəticədə embarqo götürüldü. Bundan sonra İran kənara çəkildi və Rusiya ilə Türkiyə Suriyada qarşılıqlı mübarizəyə başladı”.
Türkiyənin baş naziri Davudoğlu da “atəş çevrəsi”nə düşmüş Türkiyəni müharibəyə sürükləmək cəhdləri haqda açıq şəkildə danışdı. Bununla bərabər, ölkə daxilində və xaricdə müəyyən güclər Rusiyanın Suriyadakı hərbi iştirakına istinad edirdilər. Lakin RF prezidentinin Suriyadan qoşunların çıxarılması və Suriya böhranının siyasi-diplomatik nizamlanması üzrə açıqlamasından sonra qonşu ölkəyə hərbi “müdaxilə”yə münasibətdə Ankaranın başlıca motivləşməsi aradan qalxır. Bu, bir.
İkincisi: İran əvvəllər “Əl-Qüds” korpusunun bölmələrini Suriyadan çıxardıb. Orada ancaq müşavirləri və (əldə olan məlumata görə) Suriya ərazisini tərk etməyə başlayan Livan “Hizbullah”ının dəstələri qalıb. Tehran öz hərəkətini Moskva ilə razılaşdırıbmı – məlum deyil. Lakin Moskvanın Rusiya qruplaşmasını Suriyadan çıxartmaq haqda qərarından sonra İran xarici işlər naziri Məhəmməd Cavad Zərif çoxmənalı şəkildə bildirdi ki, “indi gözləməyimiz və nə olacağına baxmağımız lazım gələcək”.
Üçüncüsü: Türkiyə ətrafında və xaricindəkı hadisələrin gedişi Ankaranı əmin edir ki, qərbli müttəfiqlərinin tam dəstəyinə bel bağlaya bilməz və belə vəziyyətdə düşdüyü dalandan çıxış axtarmağı lazımdır. Bizim versiyamıza görə, Azərbaycan prezidentinin bu ərəfədə prezident Putinlə telefon söhbətini yada salsaq, Moskvadan əldə etdiyi müəyyən ismarıcları türk həmkarı Ərdoğanla görüşdə ona çatdıra bilərdi. Fikrimizcə, Türkiyəyə qarşı sanksiyalar üzündən Rusiyanın vahid federal reyestrində keçən ilin dekabrında siyahıdan çıxarılmış türk mənşəli turizm əməliyyatı hüquqi şəxslərinin bir hissəsinin bərpası təsadüfi deyil.
III. Rusiya Suriya “oyun”undan çıxmayıb. Prezident Putin bildirdi ki, Suriyanın Tartu şəhərindəki Rusiya bazası və Xmeymim aerodromu əvvəlki rejimdə işləyəcək. Amerikanın Stratfor kəşfiyyat-analitik mərkəzinin dəyərləndirməyinə görə, “Moskvanın əsas qoşun qruplaşmasını Suriyadan çıxartmaq haqda Cenevrədə Suriyadaxili tamformatlı danışıqlarla üst-üstə düşən qərarı Suriyanın gələcəyi haqda məsləhətləşmələrdə irəliləyişdən xəbər verə bilər”. Stratfor-un fikrincə, “bu, dövlətin gələcəyinin müəyyən edilməsi üzrə sövdələmələr” perspektivdədir.
Bütün əlamətlər üzrə söhbət yetərincə uzunmüddətli siyasi-diplomatik prosesdən və vətəndaş müharibəsinə dönüşün istisna edilmədiyi durumdan gedir. Terrorçu qruplaşama “ən-Nusra Cəbhəsi” Suriyaya yeni hücuma hazırlığın getdiyini bildirib. İŞİD hiss ediləcək dərəcədə zəifləsə də, əvvəlki kimi mövcuddur və heç hara qeyb olmayıb. Eyni zamanda “mötədil” deyilən müxalif qüvvələrin üz tutduğu Dəməşq də gözə çarpacaq şəkildə möhkəmlənib. Rusiya XİN başçısı Sergey Lavrov bununla bağlı bir daha xatırladıb ki, “Rusiya tərəfi Suriyada barışığa qoşulacaq qruplaşmalar haqda ABŞ-dan dəqiq məlumat gözləyir”.
Digər tərəfdən, Amerika nəşri “Foreign Policy”in dəyərləndirməyinə görə, Moskva Dəməşqi açıq şəkildə səmərəli danışıq prosesinə, güzəştli həll axtarışına dümsükləyir. Bu yolda xeyli problem var. Prezident Bəşər Əsəd ölkənin federallaşmasını qət etsə və kürdlər çoxdan gözlədikləri muxtariyyəti əldə etsələr, bu halda Türkiyənin necə davranacağı məlum deyil. Bu onun üçün “ürəyə zərbə” demək olacaq, çünki “öz” kürdlərinə münasibətdə də bu yolla getməli olacaq. Kürd amilinin mövcud olduğu İranın da mövqeyi aydın deyil.
Bütünlükdə fikir yürüdəndə Moskva istəmir ki, onu Yaxın Şərqdə kürd layihəsinin “baş memar”ı kimi sərgiləsinlər və məsuliyyətin əsas yükünü dünya ictimaiyyətinin çiyninə atmağa cəhd edir - əlbəttə, öz iştirakı ilə. Buna görə də Türkiyənin bu prosesdən sıxışdırılması ona əl vermir. Britaniyalı tarixçi Norman Stounun “Financial Times”ın səhifələrində işarə vurduğu kimi, prezident Putin çar Rusiyasının siyasətçiləri və bolşeviklər kimi Türkiyənin zəifləməyi ilə bağlı təhlükələri qiymətləndirir və qərar qəbul edir. Türk publisisti Hakan Aksayın yazdığı kimi, lakin hələlik Ərdoğan-Davudoğlu rəhbərliyi Suriyadakı atəşkəs rejimindən narazılıq sərgiləyir. Ərdoğan kənd icmalarının ağsaqqalları ilə görüşündə sıradakı sualla auditoriyaya üz tutdu: “Niyə “ən-Nusra”nı pis hesab edirsiniz?”
O bununla hamını yenidən çaş-baş qoydu.
Bundan başqa, Türkiyə prezidenti “PYD qruplaşması (Suriya kürdlərinin partiyası) və YPG-nin (kürdlərin “Xalq özünümüdafiə dəstələri”) atəşkəs rejimindən kənarda olmalı olduğu tələbi”ni irəli sürdü.
“Beləliklə, Ankara işarə vurur ki, şərait üzrə hərəkət edəcək. – Aksay qeyd edir. – Hətta bütün dünya imza atsa, bu bizi narahat etmir”.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası oyunun sonunun çatdığını hiss edib regional güclərin tərtibatını dəyişmək məqsədilə nəsə edə bilər. Lakin bizə elə gəlir ki, başqa cür durum yaranacaq və yaxın vaxtlarda Ankara və Moskvanın bir-birinin ünvanına müsbət siqnallarını gözləməyinə dəyər. Bu, baş versə, o deməkdir ki, prezident Əliyev Ankara səfəri zamanı Azərbaycanın təhlükəsizlik və maraqlarını təhdid altında qoyacaq avantürizmə meyl yox, diplomatik ustalıq nümayiş etdirdi.