Azərbaycan İslam Partiyasının Binəqədi Komitəsinin sədri Rövşən Nuriyev vəfat edib.
AranNews- Mərhum Rövşən Nuriyev 20 ildən artıq idi ki, AİP-də aktiv siyasi fəaliyyətlə məşğul idi. O, eyni halda Qarabağ uğrunda gedən döyüşlərdə də iştirak etmişdi.
Partiyada göstərdiyi fəaliyyət müddətində iştirak etdiyi mitinqlərdə bir neçə dəfə həbs edilərək inzibati cəzalar almışdı. O, bir neçə il idi böyrək çatışmazlığından əziyyət çəkirdi.
Azərbaycan İslam Partiyası dəyərli və fəal üzvü Rövşən Nuriyev vəfatı ilə bağlı yaxınlarına, əzizlərinə, dostlarına və bütün AİP üzvlərinə başsağlığı verərək, mərhuma Allahdan rəhmət diləyir.