21 beynəlxalq hüquq-müdafiə təşkilatı birgə bəyanat yayaraq Azərbaycanda vicdan məhbusu kimi tanınan bütün məhbusların azad edilməsinə çağırıblar.
AranNews- bəyanatda prezidentin sonuncu əfv fərmanı ilə 14 siyasi məhbus sayılan şəxsin azad edilməsindən razılıq ifadə olunur. Qeyd edilir ki, jurnalist Rauf Mirqədirov da martın 17-də Apellyasiya Məhkəməsinin qərarı ilə azad edilib.
«Biz bu şəxslərin azadlığa buraxılması barədə məlumatlardan rahatlıq duyuruq. Lakin bu 15 nəfərin heç biri həbs olunmamalı idi. Bundan əlavə, onlarla adam hələ həbsdədir. Onlar azad edilməlidir və bu siyasi motivli həbslərə son qoyulmalıdır»,-deyə «Hüquqlar naminə idman» kampaniyasının koordinatoru Rebecca Vincent bildirib.
Bəyanatda deyilir:
«Jurnalistlər Xədicə İsmayılova, Seymur Həzi, vəkil İntiqam Əliyev, gənc fəal İlkin Rüstəmzadə, REAL Hərəkatının lideri İlqar Məmmədov həbsdədir. Hətta Avropa İnsan Hüquqları Məhkəməsi İ.Məmmədovun buraxılmasını tələb edib. Biz beynəlxalq ictimaiyyəti ilk növbədə digər siyasi məhbusların azadlığa buraxılmasına, Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin yaxşılaşdırılması üçün islahatlara təkid etməyə çağırırıq».
Sənədi imzalayanlar:
- Article19,
- Civil Rights Defenders
- Committee to Protect Journalists
- Freedom Now
- Front Line Defenders
- Helsinki Foundation for Human Rights
- Human Rights House Foundation
- Index on Censorship
- Institute for Reporters’ Freedom and Safety
- International Federation for Human Rights (FIDH)
- International Media Support
- International Partnership for Human Rights
- NESEHNUTI
- Netherlands Helsinki Committee
- Norwegian Helsinki Committee
- PEN America
- People in Need
- Platform
- Polish Green Network
- Reporters Without Borders
- World Organisation Against Torture (OMCT).