Zin əl-Abidin Bin Əlini hakimiyyətdən sui-istifadə etməkdə ittiham edərək qiyabi 10 il həbs cəzasına məhkum edib.
AranNews- Tunis məhkəməsi Tunisin sabiq prezidenti Zin əl-Abidin Bin Əlini hakimiyyətdən sui-istifadə etməkdə ittiham edərək qiyabi 10 il həbs cəzasına məhkum edib.
Prokurorluğun iddiasına əsasən Bin Əli “Bienvu” reklam şirkətindən qazanc əldə etmək məqsədilə vəzifəsindən istifadə edib. İşin digər detalları barədə açıqlama verilməyib.
Qeyd edək ki, bu sabiq prezidentə qarşı irəli sürülən ilk ittiham deyil. Bin Əli 2011-ci ildə ölkədə baş vermiş “yasəmən inqilabı”dan sonra Səudiyyə Ərəbistanına qaçıb.