Rusiyanın öz ordusunu Suriyadan çıxarmasına "Nusra cəbhəsi"nin rəsmisi sosial şəbəkələr vasitəsilə yayılmış video ilə münasibət bildirib.
AranNews- Münasibətdə Əl Qaidənin Suriya qolu olan "Nusra cəbhəsi" Rus ordusunun məğlubiyyətindən danışıb: "Hər şey aydındır. Rusiya məğlub oldu və 48 saat ərzində biz hücuma başlayacağıq."
Terrorçu sözcüsü açıqlaması zamanı bildirib ki, Rus qırıcıları olmasaydı böyük ərazilər "Nusra cəbhəsi" tərəfindən ələ keçiriləcəkmiş.
Bu açıqlama sosial şəbəkələrdə yayılan vaxtla paralel olaraq, Rusiyanın prezidenti Vladimir Putin Suriyadan qayıdan rus əsgərlərlə görüş keçirirmiş.
Putin görüş zamanı “Bizim əməliyyatlarımız Suriyanın istəyi ilə baş verib. Lazım olduğu anda biz, bir neçə saat ərzində öz qüvvələrimizi yenidən artıra bilərik (Red: Rus ordusu tam olaraq Suriyadan çıxmayıb, əsgərlərinin sayını azaldıb). Biz bu halın baş verməsini istərmirik, çünki biz müharibə əleyhdarıyıq. Bu səbəbdən rəsmi Dəməşqə və müxaliflərə problemlərini sülh yolu ilə həll etmələrini bir daha tövsiyə etdik. Biz maddi, məlumat, hərbi texnika, hərbi təlim və digər cəhətlərdən Suriyanı dəstəkləməyə davam edəcəyik. Biz, həmçinin Suriyada terrora qarşı mübarizədə yenə də varıq. Suriya ordusu bizə hədəfimizə çatmaqda yardım etdi. Biz bu ölkədə keçirdiyimiz əməliyyatlara 464 milyon dollar xərclədik, lakin bu əməliyyatlar tamamilə zəruri idi. Mühüm olan budur ki, biz, sülh üçün lazım olan şəraiti yaratdıq. Ümüd edirik ki, mədəniyyətin mirvarisi olan Palmira (red:Tadmur) şəhəri suriyalılara geri qayıtsın”, - deyə bildirib.
Rusiya prezidenti Rusiya Hərbi bazasından danışaraq Tartus və Xmeymimdəki rus əsgərlərinin təhlükəsizliyinin yüksək səviyyədə olduğunu bildiib.