Tarix : 2016 Mar 22
Kod 48246

Ayətullah Xamenei İmam Rzanın (ə) ziyarətgahında çıxış edib

Ali Rəhbər, Ayətullah Seyyid Əli Xamenei bu gün İranın Məşhəd şəhərində İmam Rza (ə) ziyarətgahında on minlərlə zəvvar və ətraf şəhərlərdən gələn insanların qarşısında çıxış edib.


AranNews-
Ayətullah Xamenei çıxışında düşmənlərin İran xalqına qarşı 3 vasitə ilə planlar həyata keçirdiyini bildirib. “Bu üç vasitə  nüfuz, təbliğat və sanksiyalardır. Həqiqət budur ki, zahirdə özünü güclü hesab edən düşmənin düşmənçilik vasitələri naməhdud deyil. Düşmənin bir neçə əsas vasitəsi var və həmin vasitələrdən biri təbliğat və iranfobiyadır, ikinci nüfuz və  digəri  isə  sanksiyalardır. Düşmən hiss edir ki, bizim ölkə və xalqımız sanksiyadan zərbə görür və təssüflər olsun ki, biz özümüzdə bu hissin onlarda yaranmasını gücləndirmişik. Bir vaxtlar sanksiyaları çox böyütdük.  Hey sanksiyaların olduğunu, əgər sanksiyalar ləğv olunarsa belə olacaq, ləğv olunmazsa belə olacaq kimi dedik və buna görə, onlar hiss etdilər ki, sanksiyalar vasitəsi ilə öz məqsədlərinə çata bilərlər”.

Ayətullah Xamenei çıxışında bildirib ki, onlar çalışır ki, İran xalqının iki yol ayrıcında qaldığını göstərsinlər.
“Onların düşüncəsində , İran xalqı ya gərək Amerika ilə razılaşmalıdır və ya davamlı şəkildə Amerikanın təzyiqləri ilə üzləşəcəyi problemlərə dözməlidir. Amerika ilə razılaşmaq digər ölkələrlə razılaşmaq kimi deyil. Ona görə ki, Amerika hökuməti sərvət sahibidir, geniş təbliğat vasitələri sahibidir, təhlükəli silahlara sahibdir, geniş imkanlara malikdir. Amerika ilə razılaşmaq bu deməkdir ki, öz mövqeyindən qarşı tərəfin xeyrinə geri çəkilməlisən. Digər ölkələrdə hər bir məsələdə əgər Amerika ilə razılaşıblarsa mənası elə budur. Amerika ilə razılaşmaq insanın dəyər verdiyi bəzi şeylərdən keçməsi deməkdir. Bu iki yoldur. Onlar istəyirlər bu məsələni bizim cəmiyyətin elitası arasıdna bir dialoq kimi formalaşdırsınlar və daha sonra bu dialoqu xalq arasına aparsınlar. Ölkə daxilində və xaricində bu düşüncəni  müxtəlif formalarda , dünya informasiya vasitələri ilə geniş yaymağa çalışırlar. Əlbətdə ölkə daxilində də bəziləri var ki, bu düşüncəni qəbul edirlər və qəbul ediblər və çalışırlar digərlərinə də qəbul etdirsinlər.”
Ayətullah Xamenei bildirib ki, onların bu sözünün mənası nədir? “Bu sözün mənası budur ki, İslam Respublikası İslam hökmləri əsasında olan məsələlərdən və İslam Respublikası Sisteminin dəyər verdiyi əsas prinsiplərdən imtina etməlidir. Fələstin və bölgədəki müqaviməti dəstəkləməkdən imtina etməlidir. Bölgədəki məzlum xalqlara o cümlədən Yəmən xalqı, Bəhreyn və digərlərinə siyasi dəstək verməməlidir və qarşı tərəfin istədiyini bizm sistem öz istəklərini azaltmaqla qəbul etməli və onunların istəyinə uyğun yaşamalıdır. Mənası budur ki, necə ki, bu gün bölgənin bəzi ölkələri və hökumətləri İslam hökmünə və xalqlarının istəyinə zidd olaraq  Sionist rejimlə əlbir olublar, İslam Respublikası da bu cür etsin. Mənası budur ki,  necə ki,bu gün bəzi ləyaqətsiz ərəb hökumətləri düşmən sionist rejimə  dostluq əli uzadıb, İslam Respublikası da bu rejimə barışıq əli uzatsın.”
Ayətullah Xamenei  vurğulayıb ki, onlar, yəni Amerika başda olmaqla hegemonçu sistem Suriya, İraq və Fələstin məsələlərində aciz qalıblar və bu acizliyin İrana görə olduğunu qeyd edirlər.
Ayətullah Xamenei əlavə edib ki, əlbətdə məsələ burda bitmir. Onlar  istəyirlər ki, İslam Respublikası Amerikanın meylinə uyğun olmaq üçün öz müdafiə vasitələrindən də imtina etməlidir.  “Gördünüz ki,raketlərlə bağlı necə qalmaqal yaratdılar.  Niyə uzaq mənzilli raketləri var? Niyə dəqiq hədəfi məhv edir? Niyə raket sınaqdan keçirdiniz? Nə üçün hərbi təlimlər keçirirsiniz? Amerikalılar neçə min kilometr ölkələrindən uzaqda Fars Körfəzi bögləsində bölgə ölkələrinin biri ilə hərbi təlim keçirir. İran öz evində hərbi təlim keçirirsə qalmaqal yaradırlar ki, nə üçün sizin hərbi hava və dəniz qüvvələriniz bu təlimləri keçirib?. Məsələni daha da dərinləşdirib bir azdan soruşacaqlar ki, Qüds qüvvələrini nə üçün təsis etmisiniz?  Sepah nə üçün təşkil olunub? İslam Respiublikasının konistitusiyası nə üçün İslam qaydalarına uyğunlaşdırılıb?"
Ayətullah Xamenei xalqa müraciət edərək bildirib ki, düşmən qarşısında  müqavimət göstərməlisiniz, geri çəkilsəniz  düşmən qabağa gələcək və heç dayanmayacaq.  Bu məsələni dəfələrlə demişəm.
Ayətullah Xamenei deyib ki, nüvə məsələsində əldə olunan son razılıq zamanı Amerikalılar verdikləri vədələrə əməl etmədilər. “Onlar öhdəliklərinə götürdükləri işi yerinə yetirmədilər. Xarici işlər nazirimizin dediyi kimi, kağız üzərində bəzi işlər gördülər lakin müxtəlif yollarla İslam Respublikasını hədəflərinə çatmasını əngəllədilər. Bu gün bütün Qərb ölkələri ilə bizim bank əməliyyatlarımızda problemimiz hələdə öz həllini tapmayıb. Pullarımızı geri qaytarmaqda problemlər var. Araşdıranda görürük ki, Amerikalılar qorxurlar və kağız üzərində sanksiyaları ləğv edirlər lakin fırıldaqçılıq və yalanla  tam icrasını əngəlləyirlər.
Qərbi Asiya bölgəsində sizin ölkə bölgənin çiçəklənmiş ölkəsidir. “İran stratejik mövqe baxımından  misilsiz bir ölkədir.  Neft və qaz ehtiyatları baxımından regionda və dünyada üstünlüyü var. Neft və qazdan başqa da ehtiyatları var. Bir gün bu çiçəklənmiş ölkə  Amerikanın istədiyi hər bir işi görürdü,  onlar ölkənin sərvətini talan edirdilər, İslam İnqilabı bu ölkəni onların çəngindən çəkib çıxartdı. İnqilaba olan nifrət Amerika siyasətinin ürəyindən heç vaxt çıxmayacaq. Onlar ölkəni bir daha öz çənglərinə almayınca öz düşmənçiliklərindən əl çəkməyəcəklər. Onların məqsədi budur. Öz işlərini bacarırlar, siyasətçidirlər və yavaş-yavaş hərəkət edirlər.  Gözü açıq olmalıyıq, diqqətli olmalıyıq. İslam Respublikası  təkcə İranı onların çəngindən xilas etmədi bəlkə  müqavimət  ruhunu digər ölkələrdə də oyatdı.Bu gün bölgənin müxtəlif ölkələrində Amerikaya ölüm şüarları səslənir.”
Barak Obamanın Novruz bayarmı münasibəti ilə verdiyi  təbrik mesajına toxunan Ayətullah Xamenei bildirib ki,  düşmən, yəni Amerika hökuməti  ki, özü iddia edir bizimlə düşmən deyil, Novruz bayramı münasibəti ilə mesaj verir, bizə və bizim gənclərimizə sözdə ürək yandırır. Ağ evdə novruz süfrəsi düzəldir, bu kimi  şeylər uşaq başı aldatmaqdır. "Sanksiyaları saxlayırlar, böyük şirkət və bankların İslam Respublikası ilə əməkdaşlığını əngəlləyirlər. Bu məhz düşmənçilikdir. Sanksiya tətbiq edir və hədələyirlər. Amma digər tərəfdən deyirlər ki, bizim gənclərimiz üçün iş şəraiti yaratmaq istəyirlər. Bu sözlərə kimsə inanmır. Bunlar İran xalqını hələ tanımayıblar. İran xalqı, oyaq və başa düşən xalqdır.  Öz düşmənlərini tanıyırlar . Bəli , bizim Amerika xalqı ilə problemimiz yoxdur  ama bu ölkənin siyasətçiləri ilə işimiz var, onlar bizim düşmənlərimizdir”.
Ayətullah Xamenei əlavə edib ki, düşmən bizə yalançı iki yol ayrıcılığı təqdim edir, amma  başqa iki yol da var.  “Biz ya sanksiyalara dözməliyik və ya onun qarşsında mübarizə aparmalyıq və bu mübarizə Müqavimət iqtisadiyyatı vasitəsilə ola bilər. Hərəkət və icra (əməl) lazımdır.  Hərəkət və icra (əməl) sahəsində görüləcək işlər bunlardır:  Hökumət rəsmiləri ölkədə iqtisadi fəaliyyətlər üçün üstünlükləri müəyyənləşdirməli və bütün diqqəti ona yönəltməlidir. Ölkədə bəzi iqtisadi fəaliyyətlər proritetdir və digər iqtisadi fəaliyyətlər üçün zəmin yaradır. Məsul şəxslər yol xəritəsi hazırlasın.
İkinci məsələ ; Daxili istehsalı diriltməkdir. Bu gün mənə verilən məlumata görə, ölkənin  istehsal imkanlarının 60  faizi tətildir və ya ləng işləyir.  Bəzi istehsal müəssisələri potensialından daha az işləyir və bəzisi heç işləmir. İstehsal prosesini diriltmək lazımdır. Yolu var və bu yolu iqtisadçıların çoxu bilir və mən hökumət rəsmilərinə dəfələrlə demişəm ki, tənqidçiləri çağırın və sözlərini dinləyin, onların yaxşı təklifləri var.
Üçüncü məsələ;  Ölkənin  xarici ticarət dövriyyəsi var. Bəzi məhsulları idxal etməliyik, lakin idxalat daxili istehsalı və gücümüzü zəiflətməməlidir.
Dördüncü məsələ:Bizim ölkədən kənarda pullarımız var;  Hərtərəfli Birgə Fəaliyyət Planı məsələsində pullar ölkəyə qaytarılmalı idi lakin hamısı qayıtmayıb və problemlə üzləşib. Amerikanın bəzi orqanlarının bu məsələdə əli var.  Hər neçə milyarddırsa ölkəyə qaytarılandan sonra  səmərəli istifadə olunmalıdır. İlk öncə istehsal məsələsidir.  Ehtiyatlı olsunlar ki, ölkəyə gələn pul hədər getməsin, lazımsız alış-verişə məsrəf olunmasın, israf olunmasın.
Beşinci məsələ: Ölkə iqtisadiyyatında bəzi sahələr var  ki, çox önəmlidir. Buna misal olaraq neft, qaz, gəmi, təyyarə və avtomobil üçün motor istehsalı sahəsini göstərmək olar.  Gənclərimiz və alimlərimiz var ki, yenilik edə bilərlər. Uzaq mənzilli raketləri hədəfi dəqiq vurma qabiliyyəti ilə hazırlaya bilən beyin digər sahələrdə də beyin işlədə bilər  və digər sahələrin inkişafına səbəb ola bilər.
Ayətullah Xamenei bildirib ki, müqavimət iqtisadiyyatı ilə ölkəni xilas etmək mümkindir. “Əgər biz bunu etsək  daha sanksiyalar bizə təsir göstərməyəcək. Daha  Amerikanın bizə  sanksiya tətbiq etməməsi  üçün öz əsas prinsiplərimiz və qırmızı xətlərimizdən imtina etmək məcburiyyətində qalmayacağıq. Biz  müqavimət iqtisadiyyatı siyasətləri vasitəsi ilə sözün həqiqi mənasında  hərəkət və əməl edərək ölkəni sanksiyalar qarşısında  toxunulmaz edə bilərik. /
  • Yazılıb
  • da (də) 2016 Mar 22
  • Göndərən مدير سايت Aran News