Suriya prezidenti Qərb ölkələrini Suriyaya ölkə vətəndaşlarının maraqlarına zidd olan iradəsini diktə etməkdə ittiham edib
AranNews- Hazırda Yaxın Şərqdə aparılan savaş ideoloji müharibədir. Bunu Suriya Prezidenti Bəşər Əsəd ərəb ölkələrindən olan dini liderlərlə görüşü zamanı söyləyib.
Onun sözlərinə görə, Qərb bu müharibə vasitəsi ilə əhalinin ərəb və müsəlman kimliyini unutdurmağa çalışdığını bildirib. O, terrorizmlə mübarizə üçün bütün ölkələrin səylərinin birləşdirilməli olduğunu bildirib.
Suriya prezidenti Qərb ölkələrini Suriyaya ölkə vətəndaşlarının maraqlarına zidd olan iradəsini diktə etməkdə ittiham edib.
Prezident qeyd edib ki, "Suriyanın müttəfiqlərinin ilk növbədə İran və Rusiyanın siyasi və hərbi dəstəyi Suriya xalqının terrorizimlə mübarizə aparmaq üçün birləşməsinə effektiv vasitə olub. dost ölkələrin dəstəyi təhlükəsizliyi bərpa etməyə yardımçı olub və suriyalıların öz ölkəsinin gələcəyini müstəqil şəkildə təyin etmək üçün əlverişli şərait yaradıb".
Bəşər Əsədin sözlərinə görə, Suriya xalqı və onun müttəfiqlərinin terrorizm üzərində qələbəsi dünyada ədalətli və balanslaşdırılmış mühitin yaradılmasına öz töhfəsini verəcək.
O Suriya xalqının ilk növbədə öz dövlətinin suverenliyi üçün mübarizə apardığını vurğulayıb.