AranNews- Televiziya vasitəsi ilə bəyanat yayan Müqavimət təşkilatı tələb yerinə yetirilməsə, ABŞ-ın işğalçı elan olunacağını bildirib:
“İşğalçı qüvvələr (ABŞ-red) yaratdığı İŞİD-ə qarşı mübarizə adı altında İraqda hərbi qüvvəsini artırmaqda davam edir. ABŞ rəhbərliyi qüvvələri geri çəkməsə, işğalçı qüvvələrə qarşı mübarizəyə başlayacağıq”.
Xatırladaq ki, rəsmi Vaşinqton Bəsrə körfəzi, Qırmızı dəniz və Hind Okeanında xidmət edən 26-cı dəniz piyada qüvvələrini İŞİD-lə mübarizə çərçivəsində İraqa göndərəcəyini açıqlayıb.