Tarix : 2016 Mar 23
Kod 48253

Qərb dünyasının islam dünyasına qarşı ədalətsiz addımların effektini müşahidə edirik

politoloq Zədüşt Əlizadə deyib ki, Əgər Qərb siyasətini dəyişsə mən əminəm ki, terror hadisələri qısa zaman içində sıfıra enəcək.
AranNews- Bu gün Avropa Birliyinin ən cox qorunan şəhərlərinin birində onlarla insanın ölümü ilə nəticələnən terror hadisəsi baş verib. Ard-arda baş verən iki terror hadisəsi artıq vəziyyətin kifayət qədər nəzarətdən çıxmasından xəbər verir. Paris terrorundan sonra baş verən bu olay Avropada ciddi təşviş yaradacağı ehtimal olunur. Ekspertlər bu terror dalğasının genişlənə biləcəyindən ehtyat edirlər.
Mövzu ilə bağlı politoloq Zədüşt Əlizadə deyib ki, bu hadisə terrorçuların ciddi yerlərdən idarə olunduğunu göstərir: “Bu onu göstərir ki, terror hadisəsini törədən təşkilat çox dərin, çoxşaxəli, mütəşəkkildir. Burada heç bir təsadüfi proses baş vermir. Ortada nəhəng pullar dolanır. Bu təşkilatın zəka potensialı aşağı deyil. O təşkilatda xeyli savadlı, hərbi təcrübə keçmiş, kompüterlə ciddi əməliyyatları aparan, psixologiyanı bilən şəxslər var.
Bu çox ciddi bir terror təşkilatıdır. Yəni hansısa bir sərsəm yığını deyil. Belə düşünmək olar ki, burada terror törədən şəxslərin birini tutsalar, digərləri gələcək. Bu gün terrorla ən ciddi mübarizə terroru yarada biləcək səbəbləri aradan qaldırmaqdan ibarətdir. Nəticə ilə mübarizə aparmağın heç bir mənası yoxdur. Bu gün diqqət etsək görərik ki, Qərbdə terror hadisələrini törədənlərin çoxu müsəlmanlardır. Bu gün Qərb dünyasının islam dünyasına qarşı apardığı parçalamaq, əzmək, beynəlxalq qanunları pozmaq kimi ədalətsiz addımların bumeranq effektini müşahidə edirik. Bunun aradan qaldırmaq üçün gərək Qərb öz siyasətində korrektələr etsin.
İlk növbədə Şərqin işlərinə qarışmasın. Müdaxilə etmək istədikdə də öz dəyərlərinə uyğun şəkildə müdaxilə etsin. Məsələn, insan haqlarına, ədalətin aliliyinə, insan rifahının yaxşılaşması kimi istiqamətlərdə kömək etsin. Daha gəlib xalqların əlindən nefti almasın, özünə sərf edən müstəbidlərə kömək edib, sərf etməyən müstəbidləri məhf etməsin. Əgər Qərb siyasətini bu istiqamətdə dəyişsə mən əminəm ki, terror hadisələri qısa zaman içində sıfıra enəcək”.
  • Yazılıb
  • da (də) 2016 Mar 23
  • Göndərən مدير سايت Aran News